102

Agentliyin dəstəyi ilə QHT yekun tədbirini keçirib

27 iyul 2024-cü il tarixində Sumqayıt şəhərində Sosial –İqtisadi Araşdırmalar İctimai  Birliyi   Azərbaycan  Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə həyata keçirdiyi  Milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması" adlı layihənin  yekun tədbiri keçirilmişdir.

 Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fərqanə Əliyeva  layihə haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycanın milli –mənəvi dəyərlərini gənclər arsında  təbliğ etməkdən ibarətdir. QHT sədri  bu mövzunun təbliğinin  gənclər üçün çox vacib olduğunu bildirib. Bu nöqteyi nəzərdən “Milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması" adlı layihənin aktual olduğunu qeyd edib.

 Daha sonra  dəvət olunmuş  digər qonaqlar çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib.