Sosial - İqtisadi Araşdırmalar İctimai Birliyi 22 sentyabr 2003-cü il tarixində yaradılmışdır.

Sədr Fərqanə Əliyeva 

BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1 Birliyin əsas məqsədi iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyası,əhalinin sosial müdafiəsi, işsizlik və yoxsulluğun azalması, kiçik və orta sahibkarlığın inkişafının genişlənməsi məqsədilə layihələr hazırlamaq və həyata keçirmək, dövlət proqramlarının icrasına yardım etməkdən ibarətdir.

2.2 Birlik qarşısında qoyduqları məqsədlərə çatmaq üçün aşağıda göstərilən vəzifələri həyata keçirir:

Sosial -iqtisadi problemləri araşdırır;

Elmi konfranslar,seminarlar,simpozimlar,müsabiqələr təşkil edir;

Müvafiq proqramlar hazırlayır və həyata keçirir;

Dövlət proqramlarının həyata keçirilməsinə kömk göstərir;

Mətbu nəşirlər təsis edir;

Hüquqi və informasiya  yardımı göstərir;

Aztəminatlı ailələrə ,imkansız xəstələrə,məcburi köçkünlərə maddi və mənəvi yardım göstərir;

Əhalinin  aztəminatlı hissəsinə, o cümlədən məcburi köçkünlərin  məşğulluq problemlərinin həllinə kömək göstərir;

İstedadlı uşaqların aşkar edilməsi və xaricdə təhsil almaları üçün maddi və mənəvi yardım göstərilməsi;

Ekoloji mühitin yaxşılaşdırılmasına, uşaqların və gənclərin ekoloji biliklərinin artmasına yardım edir 

siaib.az