396

atribut.info.az

Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi "Milli- mənəvi dəyərlərin qorunması və yaşadılması" adlı layihəni başa vurub.

Təşkilatın sədri Fərqanə Əliyeva bildirib ki, hayihə çərçivəsində  https://atribut.info.az/ saytı yaradılıb. Onun sözlərinə görə, layihənin məqsədi milli dəyərlərimizin qorunması, yaşadılması  və  ətraflı şəkildə yeniyetmə gənclər arasında təbliğindən ibarətdir. "Millətləri yaşadan milli-mənəvi dəyərlərdir. Bu dəyərlər xalqların birlik və ictimai həmrəylik içində yaşamasına, tarix səhnəsində öz yerini tutmasına şərait yaradır. Millətlər bu dəyərləri gələcək nəsillərə ötürdükləri qədər varlıqlarını qoruyub saxlayırlar", -İB-nin sədri qeyd edib. Onun sözlərinə görə, tarix səhnəsində ən uzun müddət qalan xalqlar, şübhəsiz ki, milli-mənəvi dəyərləri özündə cəmləşdirməyi bacarıblar. F.Əliyeva deyir ki, öz milli-mənəvi və əxlaq dəyərlərinə sadiq fərdlər yetişdirən cəmiyyətlər dövrün tələb etdiyi inkişaflara biganə qalmaması üçün heç bir səbəb yoxdur:

"Dil, din, tarix, adət və ənənələr, ailə institutu, müqəddəs zaman və məkanlar, bayraq, Vətən, Dövlət Himni kimi milli-mənəvi dəyərlərin formalaşdırdığı mədəniyyətin formalaşmasına diqqət yetirildikdə, bu dəyərlər ayrılmaz və bir-biri ilə iç-içə və bir-birini tamamlayır.

Mədəniyyətimiz dinimizin gözəl prinsipləri ilə yoğrulmuşdur. İctimai həyatımızın ahəngdar və möhkəm şəkildə davam etdirilməsində, gənclərimizin yetişdirilməsində mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin böyük töhfələri unudulmamalıdır".