AZƏRBAYCAN
Konstitusiya
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən
hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmişdir.
1995-ci
il noyabrın 27-dən qüvvəyə minmişdir.
2002-ci
il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərlə.
2009-cu
il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
2016-cı
il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul
edilmiş əlavə və dəyişikliklərlə.
Azərbaycan
xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan
Respublikasının dövlət müstəqilli- yi haqqında” Konstitusiya aktında əks olunan
prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin
edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini
istəyərək, keçmiş, indiki və gələcək nəsillər
qarşısında
öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə
aşağıdakı niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik
quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə
nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi,
qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara
uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq,
bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu
məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda
sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu
Konstitusiya qəbul edilir.
MÜNDƏRİCAT
BİRİNCİ
BÖLMƏ: ÜMUMİ MÜDDƏALAR
I fəsil. XALQ HAKİMİYYƏTİ
II fəsil. DÖVLƏTİN ƏSASLARI
İKİNCİ
BÖLMƏ: ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI
VƏ AZADLIQLARI IV fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ
ÜÇÜNCÜ
BÖLMƏ: DÖVLƏT HAKİMİYYƏTİ
V
fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ VI fəsil. İCRA HAKİMİYYƏTİ
VII fəsil. MƏHKƏMƏ HAKİMİYYƏTİ
VIII fəsil. NAXÇIVAN MUXTAR RESPUBLİKASI
DÖRDÜNCÜ
BÖLMƏ: YERLİ ÖZÜNÜİDARƏETMƏ
IX fəsil. BƏLƏDİYYƏLƏR
BEŞİNCİ
BÖLMƏ: HÜQUQ VƏ QANUN
X fəsil. QANUNVERİCİLİK SİSTEMİ
XI fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR XII fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASINA ƏLAVƏLƏR KEÇİD MÜDDƏALARI
BİRİNCİ
BÖLMƏ: ÜMUMİ MÜDDƏALAR
I fəsil. XALQ HAKİMİYYƏTİ
Maddə
1. Hakimiyyətin mənbəyi
I. Azərbaycan Respublikasında dövlət
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı Azərbaycan Respublikası
ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunları- na
tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq
hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
Maddə
2. Xalqın suverenliyi
I. Sərbəst və müstəqil öz müqəddəratını həll
etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren
hüququdur.
II. Azərbaycan xalqı öz suveren hüququnu
bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki
hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri
vasitəsi ilə həyata keçirir.
Maddə
3. Ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlər
I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri
ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.
II. Aşağıdakı məsələlər yalnız referendumla
həll oluna bilər:
1) Azərbaycan Respublikası Konstitusiyasının
qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin
dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə referendum
keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfv etmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq
edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının
səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya
təsdiq edilməsi.
Maddə
4. Xalqı təmsil etmək hüququ
Xalqın
seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək,
xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.
Maddə
5. Xalqın vahidliyi
I. Azərbaycan xalqı vahiddir.
II. Azərbaycan xalqının vahidliyi Azərbaycan
dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan
Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
Maddə
6. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi
I. Azərbaycan xalqının heç bir hissəsi,
sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini
mənimsəyə bilməz.
II. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən
ağır cinayətdir.
II fəsil. DÖVLƏTİN ƏSASLARI
Maddə
7. Azərbaycan dövləti
I. Azərbaycan dövləti demokratik, hüquqi,
dünyəvi, unitar respublikadır.
II. Azərbaycan Respublikasında dövlət
hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla xarici məsələlərdə isə yalnız Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
məhdudlaşır.
III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti
hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:
- qanunvericilik hakimiyyətini Azərbaycan
Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan
Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan
Respublikasının məhkəmələri həyata keçirir.
IV. Bu Konstitusiyanın müddəalarına əsasən
qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və
öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
Maddə
8. Azərbaycan dövlətinin başçısı
I. Azərbaycan dövlətinin başçısı Azərbaycan
Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan
dövlətini təmsil edir.
II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini
təmin edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
IV. Azərbaycan Respublikasının Prezidenti məhkəmə
hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
Maddə
9. Silahlı Qüvvələr
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini
və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr
Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.
II. Azərbaycan Respublikası başqa dövlətlərin
müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi
müharibəni rədd edir.
III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır.
Maddə
10. Beynəlxalq münasibətlərin prinsipləri
Azərbaycan
Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq
hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
Maddə
11. Ərazi
I. Azərbaycan Respublikasının ərazisi
vahiddir, toxunulmazdır və bölünməzdir.
II. Azərbaycan Respublikasının daxili
suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi,
Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin
tərkib hissəsidir.
III. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə
bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə
kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın
bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi
əsasında dövlət sərhədləri dəyişdirilə bilər.
Maddə
12. Dövlətin ali məqsədi
I. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin
təmin edilməsi dövlətin ali məqsədidir.
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun tətbiq edilir.
Maddə
13. Mülkiyyət
I. Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi
mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və
azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə
istifadə edilə bilməz.
Maddə
14. Təbii ehtiyatlar
Təbii
ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə
xələl gətirmədən Azərbaycan Respub- likasına mənsubdur.
Maddə
15. İqtisadi inkişaf və dövlət
I. Azərbaycan Respublikasında
iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın
rifahının yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan dövləti bazar münasibətləri əsasında
sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat
verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
Maddə
16. Sosial inkişaf və dövlət
I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi
qayğısına qalır.
II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin,
səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini,
xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Maddə
17. Ailə, uşaqlar və dövlət
I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin
xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə
etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət
edir.
III. Valideynləri və ya qəyyumları olmayan,
valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və
ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə
bilməzlər.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə
dövlət nəzarət edir.
Maddə
18. Din və dövlət
I. Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
II. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik
prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği
qadağandır.
III. Dövlət təhsil sistemi dünyəvi xarakter
daşıyır.
Maddə 19. Pul
vahidi
I. Azərbaycan Respublikasının pul vahidi
manatdır.
II. Pul nişanlarının tədavülə buraxılması və
tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. Azərbaycan
Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.
III. Azərbaycan Respublikasının ərazisində
manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Maddə 20. Dövlətin
borclarına qoyulan məhdudiyyətlər
Azərbaycan dövlətinə
qarşı qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan
Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.
Maddə 21. Dövlət
dili
I. Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin
edir.
II. Azərbaycan Respublikası əhalinin
danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Maddə 22. Paytaxt
Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhəridir.
Maddə 23. Azərbaycan
dövlətinin rəmzləri
I. Azərbaycan Respublikasının dövlət rəmzləri
Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət
gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət
bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər
iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın
eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının
və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası
Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.
İKİNCİ BÖLMƏ.
ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
III fəsil. ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI
VƏ AZADLIQLARI
Maddə 24. İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. İnsan ləyaqəti qorunur və ona hörmət
edilir.
II. Hər kəsin doğulduğu andan toxunulmaz,
pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət
və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
Hüquqlardan sui-istifadəyə yol verilmir.
Maddə 25. Bərabərlik
hüququ
I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni hüquqları və
azadlıqları vardır.
III. Dövlət, irqindən, etnik mənsubiyyətindən,
dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq
mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər
ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və
azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə
görə məhdudlaşdırmaq qadağandır.
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən
əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz,
yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul
edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə
münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
VI. Sağlamlıq imkanları məhdud olanlar,
onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən
başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri
daşıyırlar.
Maddə 26. İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
I. Hər kəsin qanunla qadağan olunmayan
üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ
vardır.
II. Dövlət hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir.
Maddə 27.
Yaşamaq hüququ
I. Hər kəsin yaşamaq hüququ vardır.
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin
öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi
və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin
yaşamaq hüququ toxunul- mazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası,
tam ləğv edilənədək , yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı
xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə,
son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən
qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət
çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları
istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir.
Maddə 28.
Azadlıq hüququ
I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə
tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində
olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan
Respublikasının ərazisindən kənara gedə bilər.
IV. Azərbaycan Respublikası vətəndaşlarının hər
zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
Maddə 29.
Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük
verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və
daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində
sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən
məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları
və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız
qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb
olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli
istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla
bilər.
VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Maddə 30. Əqli
mülkiyyət hüququ
I. Hər kəsin əqli mülkiyyət hüququ vardır.
II. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və
əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
Maddə 31. Təhlükəsiz
yaşamaq hüququ
I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ
vardır.
II. Qanunda nəzərdə tutulmuş hallar istisna
olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə
qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Maddə 32. Şəxsi
toxunulmazlıq hüququ
I. Hər kəsin şəxsi toxunulmazlıq hüququ
vardır.
II. Hər kəsin şəxsi və ailə həyatının
sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi
və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına
qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı
haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına
yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri
olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs
yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
IV. Hər kəsin yazışma, telefon danışıqları,
poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini
saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş
qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti
üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
V. Qanunla müəyyən edilmiş hallar istisna
olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin
onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun
tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya
çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
VI. Qanunla müəyyən edilmiş hallar istisna
olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və
ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını
aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim
xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar
istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə,
dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə
bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların
emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən
edilir.
Maddə 33. Mənzil
toxunulmazlığı hüququ
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ
vardır.
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə
qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə
daxil ola bilməz.
Maddə 34. Nikah
hüququ
I. Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa
çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq əsasında
bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin himayəsindədir.
Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə
yardım göstərir.
IV. Ər ilə arvadın hüquqları bərabərdir.
Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də
borcudur.
V. Valideynlərə hörmət etmək, onların
qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar
əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.
Maddə 35. Əmək
hüququ
I. Əmək fərdi və ictimai rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında
sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək
hüququ vardır.
III. Heç kəs zorla işlədilə bilməz.
IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç
kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri
qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli
şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət
zamanı və hərbi vəziyyət vətəndaşlara tələb olunan işləri gördürmək hallarına
yol verilir.
VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi
minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
VII. İşsizlərin dövlətdən sosial müavinət almaq
hüququ vardır.
VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün
bütün imkanlarından istifadə edir.
Maddə 36. Tətil
hüququ
I. Hər kəsin təkbaşına və ya başqaları ilə
birlikdə tətil etmək hüququ vardır.
II. Əmək müqaviləsi əsasında işləyənlərin tətil
etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular və mülki şəxslər
tətil edə bilməzlər.
III. Fərdi və kollektiv əmək mübahisələri
qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
IV. Qanunla müəyyən edilmiş hallar istisna
olmaqla, lokaut qadağandır.
Maddə 37.
İstirahət hüququ
I. Hər kəsin istirahət hüququ vardır.
II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla
müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və
bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət
verilməsi təmin edilir.
Maddə 38. Sosial
təminat hüququ
I. Hər kəsin sosial təminat hüququ vardır.
II. Yardıma möhtac olanlara kömək etmək ilk
növbədə onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə
çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini
itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat
hüququna malikdir.
IV. Təqaüdlərin və sosial müavinətlərin
minimum məbləği qanunla müəyyən edilir.
V. Dövlət xeyriyyəçilik fəaliyyətinin,
könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün
imkanlar yaradır.
Maddə 39. Sağlam
ətraf mühitdə yaşamaq hüququ
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq
hüququ vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti
haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına
və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara
qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına,
yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin
qorun- masına təminat verir.
Maddə 40. Mədəniyyət
hüququ
I. Hər kəsin mədəni həyatda iştirak etmək,
mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.
II. Hər kəs tarixi, mədəni və mənəvi irsə
hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini
qorumalıdır.
Maddə 41.
Sağlamlığın qorunması hüququ
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi
yardım almaq hüququ vardır.
II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında
fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər
görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın
müxtəlif növləri üçün imkanlar yaradır.
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə
törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə
cəlb edilirlər.
Maddə 42. Təhsil
hüququ
I. Hər bir vətəndaşın təhsil almaq hüququ
vardır.
II. Dövlət pulsuz icbari ümumi orta təhsil
almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə dövlət tərəfindən nəzarət
edilir.
IV. Maddi vəziyyətdən asılı olmayaraq
istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil standartlarını müəyyən
edir.
Maddə 43. Mənzil
hüququ
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum
edilə bilməz.
II. Dövlət yaşayış binalarının və evlərin
tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi
tədbirlər görür.
Maddə 44. Milli
mənsubiyyət hüququ
I. Hər kəsin milli mənsubiyyətini qoruyub
saxlamaq hüququ vardır.
II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə
məcbur edilə bilməz.
Maddə 45. Ana
dilindən istifadə hüququ
I. Hər kəsin ana dilindən istifadə etmək
hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla
məşğul olmaq hüququ vardır.
II. Heç kəs ana dilindən istifadə hüququndan
məhrum edilə bilməz.
Maddə 46. Şərəf
və ləyaqətin müdafiəsi hüququ
I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə
etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən
qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə işgəncə və əzab verilə bilməz.
Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr
aparıla bilməz.
Maddə 47. Fikir
və söz azadlığı
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa
və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini, sosial və hər hansı digər
meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol
verilmir.
Maddə 48. Vicdan
azadlığı
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç
bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi,
ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət
qazandırmır.
V. Heç kəs öz dini etiqadını və əqidəsini
ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini
mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Maddə 49. Sərbəst
toplaşmaq azadlığı
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst
toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə birlikdə müvafiq
dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı
pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər,
küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. [1]
Maddə 50. Məlumat
azadlığı
I. Hər kəsin istədiyi məlumatı qanuni
yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
II. Kütləvi informasiyanın azadlığına təminat
verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət
senzurası qadağandır.
III. Hər kəsin kütləvi informasiya vasitələrində
dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı
təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.
Maddə 51.
Yaradıcılıq azadlığı
I. Hər kəsin yaradıcılıq azadlığı vardır.
II. Dövlət ədəbi-bədii, elmi-texniki və
başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir.
Maddə 52. Vətəndaşlıq
hüququ
Azərbaycan dövlətinə
mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri
olan şəxs Azərbay- can Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının
ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının
vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Maddə 53. Vətəndaşlıq
hüququnun təminatı
I. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan
Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları
istisna olmaqla) məhrum edilə bilməz.
II. Azərbaycan Respublikasının vətəndaşı heç
bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.
III. Azərbaycan Respublikası onun ərazisindən kənarda
müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi
müdafiəsinə təminat verir və onlara hamilik edir.
Maddə 54. Cəmiyyətin
və dövlətin siyasi həyatında iştirak hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının
cəmiyyəti və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır.
II. Dövlətə qarşı qiyama və ya dövlət
çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.
Maddə 55. Dövlətin
idarə olunmasında iştirak etmək hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının
dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilava-
sitə və ya nümayəndələri vasitəsi ilə həyata keçirə bilərlər.
II. Azərbaycan Respublikasının vətəndaşları
dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli
şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş
qaydada qəbul edilə bilərlər.
Maddə 56. Seçki
hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ
vardır.
II. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi
təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ
yoxdur.
III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının,
din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum
edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin
seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Maddə 57. Müraciət
etmək hüququ
I. Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı
müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi
qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş
qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
II. Azərbaycan Respublikası vətəndaşlarının
dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini
və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və
böhtan tənqid sayıla bilməz.
Maddə 58. Birləşmək
hüququ
I. Hər kəsin başqaları ilə birləşmək
hüququ vardır.
II. Hər kəs istənilən birlik, o cümlədən
siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya
mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə
təminat verilir.
III. Heç kəs hər hansı birliyə daxil olmağa və
onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün ərazisində
və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi,
cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə
edən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə
yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Maddə 59. Azad
sahibkarlıq hüququ
I. Hər kəs öz imkanlarından, qabiliyyətindən
və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə
azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət
növü ilə məşğul ola bilər.
II. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət
maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni
həyata keçirir.
Maddə 60. Hüquq
və azadlıqların inzibati və məhkəmə təminatı
I. Hər kəsin hüquq və azadlıqlarının
inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz
yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə
baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə
prosesində dinlənilmək hüququ vardır.
IV. Hər kəs dövlət orqanlarının, siyasi
partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən
və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Maddə 61. Hüquqi
yardım almaq hüququ
I. Hər kəsin yüksək keyfiyyətli hüquqi
yardım almaq hüququ vardır.
II. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi
yardım ödənişsiz, dövlət hesabına göstərilir.
III. Hər bir şəxsin səlahiyyətli dövlət
orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham
olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.
Maddə 62. Məhkəmə
aidiyyətinin dəyişdirilməsinə yol
Hər kəsin onun
işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin
razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Maddə 63. Təqsirsizlik
prezumpsiyası
I. Hər kəsin təqsirsizlik prezumpsiyası
hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri
qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr
varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən
şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən
qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə
təqsirli sayıla bilməz.
Maddə 64. Bir
cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi Heç kəs bir cinayətə görə
təkrarən məhkum edilə bilməz.
Maddə 65. Məhkəməyə
təkrar müraciət hüququ
Məhkəmənin məhkum
etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan
qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının
yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
Maddə 66.
Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi
Heç kəs özünə,
arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə
verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan
qohumların tam siyahısı qanunla müəyyən edilir.
Maddə 67.
Tutulan, həbsə alınan və cinayət törədilməsində təqsirləndirilən şəxslərin
hüquqları
I. Səlahiyyətli dövlət orqanlarının
tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal
onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət məsuliyyətinə
cəlb edilməsinin səbəbləri izah edilir.
II. Cinayət törədilməsində təqsirləndirilən
hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənil əlidir.
Maddə 68.
Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ
I. Hər kəsin dövlət orqanlarının ona
münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
II. Cinayət, habelə hakimiyyətdən
sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş
şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş
zərərin ödənilməsini tələb etmək hüququ vardır.
III. Hər kəsin dövlət orqanlarının yaxud
onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində
vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə,
dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində
insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının
pozulmasına görə mülki məsuliyyət daşıyır.
Maddə 69. Əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin hüquqları
I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və
bütün vəzifələri yerinə yetirməlidirlər.
II. Azərbaycan Respublikası ərazisində daimi
yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan
Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
Maddə 70. Siyasi
sığınacaq hüququ
I. Hamılıqla qəbul edilmiş beynəlxalq
hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə siyasi sığınacaq verir.
II. Siyasi əqidəsinə görə, habelə Azərbaycan
Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən şəxslərin başqa dövlətə
verilməsinə yol verilmir.
Maddə 71. İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı
I. Konstitusiyada təsbit edilmiş insan və
vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra
və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin
hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla,
habelə digərlərinin hüquq və azadlıqları ilə məhdud- laşır. Hüquq və azadlıqların
məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət,
habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini
nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata
keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat
verilir.
IV. Heç bir halda heç kəs din, vicdan, fikir və
əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.
V. Bu Konstitusiyanın heç bir müddəası
insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa
kimi təfsir edilə bilməz.
VI. Azərbaycan Respublikası ərazisində insan və
vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
VII. İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.
VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu
sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra
yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya
yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri
edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə
bilməz.
X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında,
qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
IV fəsil. VƏTƏNDAŞLARIN ƏSAS VƏZİFƏLƏRİ
Maddə 72. Vətəndaşların
vəzifələrinin əsası
I. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs
onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin
üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.
II. Hər bir şəxs Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və aza-
dlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə
yetirməlidir.
III. Qanunu bilməmək məsuliyyətdən azad etmir.
Maddə 73. Vergilər
və başqa dövlət ödənişləri
I. Qanunla müəyyən edilmiş vergiləri və
başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
II. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar
olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri
ödəməyə məcbur edilə bilməz.
Maddə 74. Vətənə
sədaqət
I. Vətənə sədaqət müqəddəsdir.
II. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə
qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən şəxslər öz
vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar
və qanunla müəyyən edilmiş hallarda and içirlər.
III. Vəzifəyə seçilmə və ya təyinat yolu ilə
qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında işləyən, Azərbaycan
Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş şəxs dövlətə qarşı
cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət çevrilişində ittiham
edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin vəzifədən getmiş sayılır
və bir daha bu vəzifəni tuta bilməz.
Maddə 75. Dövlət
rəmzlərinə hörmət
I. Hər bir vətəndaş Azərbaycan
Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.
II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş
etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə 76. Vətəni
müdafiə
I. Vətəni müdafiə hər bir vətəndaşın
borcudur.
Qanunla müəyyən
edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət
keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin
alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Maddə 77. Tarix
və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət
abidələrini qorumaq hər bir şəxsin borcudur.
Maddə 78. Ətraf
mühitin qorunması
Ətraf mühitin
qorunması hər bir şəxsin borcudur.
Maddə 79. Qanuna
zidd vəzifələrin icrasına yol verilməməsi
Heç kəs Azərbaycan
Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur
edilə bilməz.
Maddə 80. Məsuliyyət
Konstitusiyanın
və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə
tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla
müəyyən edilən məsuliyyətə səbəb olur.
ÜÇÜNCÜ BÖLMƏ.
DÖVLƏT HAKİMİYYƏTİ
V fəsil. QANUNVERİCİLİK HAKİMİYYƏTİ
Maddə 81.
Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Azərbaycan
Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi
həyata keçirir.
Maddə 82. Azərbaycan
Respublikası Milli Məclisinin say tərkibi Azərbaycan Respublikasının Milli Məclisi
125 deputatdan ibarətdir.
Maddə 83. Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları
Azərbaycan
Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə
seçilirlər.
Maddə 84. Azərbaycan
Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
I. Azərbaycan Respublikası Milli Məclisinin
hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini
mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət
müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin
(referen- dumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin
hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü
keçirilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
IV. Azərbaycan Respublikası Milli Məclisinin
deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən
deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə
məhdudlaşır.
Maddə 85. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər
I. Azərbaycan Respublikasının seçkilərdə
iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş
qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
II. İkili vətəndaşlığı olan, başqa dövlətlər
qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq
edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli
fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər
Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Maddə 86. Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin
yoxlanılması və təsdiqi
Seçkilərin nəticələrinin
düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Maddə 87. Azərbaycan
Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi
I. Azərbaycan Respublikası Milli Məclisi
deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni
çağırışının ilk iclas günü bitir.
II. Azərbaycan Respublikası Milli Məclisi
deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.
III. Azərbaycan Respublikasının Milli Məclisi
83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
Maddə 88. Azərbaycan
Respublikası Milli Məclisinin sessiyaları
I. Azərbaycan Respublikasının Milli Məclisi
hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikası
Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən
gec olmayaraq çağırılır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən
sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.
II. Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri Azər-
baycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin
42 deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan Respublikası Milli Məclisinin
növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb
edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar
sessiyanın işi bitir.
IV. Azərbaycan Respublikası Milli Məclisinin
sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Mili Məclisinin
83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi
ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiya- sının qapalı iclası
keçirilə bilər.
Maddə 89. Azərbaycan
Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi
I. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün
hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından
çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda,
din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul
olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 93-cü maddəsinin III
hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş
etik davranış qaydalarını kobud surətdə pozduqda.
Azərbaycan
Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla
müəyyən edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin
deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə
tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul
edilmə qaydası qanunla müəyyən edilir.
Maddə 90. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət
başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz,
tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq
edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan
Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər.
Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu
barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
II. Azərbaycan Respublikası Milli Məclisinin
deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına
əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.
Maddə 91. Azərbaycan
Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan
qadağanlar
Azərbaycan
Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki
fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər.
Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
Maddə 92. Azərbaycan
Respublikası Milli Məclisinin işinin təşkili
Azərbaycan
Respublikasının Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin
müvafiq orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir,
komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.
Maddə 93. Azərbaycan
Respublikası Milli Məclisinin aktları
I. Azərbaycan Respublikasının Milli Məclisi
öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları, qanunlar və qərarlar
qəbul edir.
II. Azərbaycan Respublikasının Milli Məclisində
Konstitusiya qanunları, qanunlar və qərarlar bu Konstitusiya ilə nəzərdə tutul-
muş qaydada qəbul edilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin
deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər.
IV. Qanunlarda və Azərbaycan Respublikası
Milli Məclisinin qərarlarında icra hakimiyyəti və məhkəmə orqanlarına konkret
tapşırıqlar nəzərdə tutula bilməz.
Maddə 94. Azərbaycan
Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar
I. Azərbaycan Respublikasının Milli Məclisi
aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:
1) bu Konstitusiyada təsbit edilmiş insan
və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və
azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası Prezidentinin
seçkiləri;
3) Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu;
4) referendum;
5) məhkəmə quruluşu və hakimlərin statusu;
prokurorluq; vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə qərarlarının
icrası;
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin
statusu;
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət
rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və
vərəsəlik;
13) mülkiyyət hüququ, o cümlədən dövlət,
xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya
hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o cümlədən himayəçilik
və qəyyumluq;
15) maliyyə fəaliyyətinin əsasları, vergilər,
rüsumlar və ödənişlər;
16) əmək münasibətləri və sosial təminat;
17) cinayətlərin və başqa hüquq
pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin
edilməsi;
18) müdafiə və hərbi qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin əsasları;
21) ərazi quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat işi;
24) statistika, metrologiya və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja fəaliyyəti;
27) bank işi, mühasibat, sığorta.
II. Bu maddənin 2, 3, 4-cü bəndlərində göstərilən
məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə
63 səs çoxluğu ilə qəbul edilir.
III. Bu maddənin I hissəsinə Konstitusiya
qanunu ilə əlavələr edilə bilər.
Maddə 95. Azərbaycan
Respublikası Milli Məclisinin həll etdiyi məsələlər
I. Azərbaycan Respublikası Milli Məclisinin
səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
1) Azərbaycan Respublikası Milli Məclisinin
işinin təşkili;
2) Azərbaycan Respublikası Prezidentinin təqdimatı
ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilmə- si;
3) inzibati ərazi bölgüsü;
4) dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi;
5) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun
icrasına nəzarət;
6) Azərbaycan Respublikası Prezidentinin təqdimatı
ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;
7) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;
8) bu Konstitusiyada nəzərdə tutulmuş
hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının təsdiqi;
9) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikasının Baş nazirinin vəzifəyə təyin edilməsinə
razılıq verilməsi;
10) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbay- can
Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası apellyasiya məhkəmələri
hakimlərinin təyin edilməsi;
11) Azərbaycan Respublikasının Prezidentinin
təqdimatına əsasən Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin və vəzifədən
azad edilməsinə razılıq verilməsi;
12) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
təqdimatına əsasən Azərbaycan Respublikası Prezidentinin impiç- ment qaydasında
vəzifədən kənarlaşdırılması;
13) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14) Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə etimad məsələsinin həll edilməsi;
15) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərin- in vəzifəyə
təyin və vəzifədən azad edilməsi;
16) Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan
vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;
17) Azərbaycan Respublikası Prezidentinin
müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;
18) referendum təyin edilməsi;
19) amnistiya.
20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.
II. Bu maddənin 1-5-ci bəndlərində göstərilən
məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan məsələlərə dair isə, bu
Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni qaydada qərarlar qəbul
edilir.
III. Bu Konstitusiyada Azərbaycan Respublikası
Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər məsələlərə, Azərbaycan
Respublikası Milli Məclisinin işinin təşkili ilə əlaqədar məsələlərə, Azərbaycan
Respublikası Milli Məclisinin münasibətinin bildirilməsi zəruri olan məsələlərə
dair də qərarlar qəbul edilir.
IV. Bu maddənin I hissəsinə Konstitusiya
qanunu ilə əlavələr edilə bilər. [2 3]
Maddə 96.
Qanunvericilik təşəbbüsü hüququ
I. Azərbaycan Respublikasının Milli Məclisində
qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının
Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respub-
likasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının
Prokurorluğuna və Naxçıvan Muxtar Respub- likasının Ali Məclisinə mənsubdur.
II. Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki
hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında
Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun
və ya qərar
layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.
III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər
qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə
bilər.
IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası
Prokurorluğunun və ya Nax- çıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan
Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində
səsə qoyulur.
V. Qanun və ya qərar layihəsini Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbay-
can Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
VI. Azərbaycan Respublikasının seçki hüququ
olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası
qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı
və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.
Maddə 97.
Qanunların imzalanmaq üçün təqdim olunması müddəti
I. Qanunlar qəbul edildiyi gündən 14 gün
müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim
edilir.
II. Təcili elan olunan qanun layihəsi Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində
təqdim edilir.
Maddə 981. Azərbaycan
Respublikası Milli Məclisinin buraxılması
I. Azərbaycan Respublikası Milli Məclisinin
eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məh- kəməsinin və Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri
olan sayda
üzvlüyə namizədləri
Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən
sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu
Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V
hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən
səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikasının Milli Məclisini buraxır.
II. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan
Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az
ola bilər. Bu
halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar
seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət
müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
VI fəsil. İCRA HAKİMİYYƏTİ
Maddə 99. İcra
hakimiyyətinin mənsubiyyəti
Azərbaycan
Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Maddə 100. Azərbaycan
Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər
Azərbaycan
Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək
hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər
qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan
Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
[4]
Maddə 101. Azərbaycan
Respublikası Prezidenti seçkilərinin əsasları
I. Azərbaycan Respublikasının Prezidenti
ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə
yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar
Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.
II. Azərbaycan Respublikasının Prezidenti səsvermədə
iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.
III. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində
toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci
dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki
namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən
sonra gələn iki namizəd iştirak edir.
IV. Səsvermənin ikinci dövrəsində səs çoxluğu
toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
V. Müharibə şəraitində hərbi əməliyyatların
aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün
etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların
sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin
edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən qəbul edilir.
VI. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən
edilir.
Maddə 102. Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunları
Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən
sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi rəsmən
elan edir.
Maddə 103. Azərbaycan
Respublikasının Prezidenti seçilmiş şəxsin andı
I. Azərbaycan Respublikasının Prezidenti
seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları
haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi
hakimlərinin iştirakı ilə belə bir and içir: “Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının
Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü
qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
II. And içdiyi gündən Azərbaycan
Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Maddə 1031 Azərbaycan Respublikasının vitse-prezidentləri
I. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II. Azərbaycan Respublikasının
vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli,
başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin
edilir.
Maddə 104. Azərbaycan
Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra edə bilməməsi
I. Azərbaycan Respublikasının Prezidenti
istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin icra etmək qabiliyyətini
tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə tutulmuş hallarda və qaydada vəzifəsindən
kənarlaşdırıldıqda vaxtından əvvəl vəzifədən getmiş sayılır.
II. Azərbaycan Respublikasının Prezidenti
istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi istefa ərizəsini
Azərbaycan Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu təqdirdə Azərbaycan
Respublikası Prezidentinin istefasının qəbul olunması haqqında qərar qəbul
edir. Həmin andan Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən
getmiş sayılır.
III. Azərbaycan Respublikası Prezidentinin səhhətinə
görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumat
verildikdə Azərbaycan Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması
üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs
çoxluğu ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
bu faktı təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
Maddə 105. Azərbaycan
Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası
I. Azərbaycan Respublikasının Prezidenti
vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan
Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan
Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının
Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
icra edir.
II. Bu müddət ərzində Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini
icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Res- publikası
Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının
vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.
III. Bu maddənin II hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan
Respublikası Prezidentinin səlahi- yyətlərini Azərbaycan Respublikasının Baş
naziri icra edir.
IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan
Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin
sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda,
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən
icrası haqqında
qərar qəbul edir.
Maddə 106. Azərbaycan
Respublikası Prezidentinin toxunulmazlığı
Azərbaycan
Respublikasının Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası
Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
Maddə 1061. Azərbaycan
Respublikası vitse-prezidentlərinin toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının
vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz,
cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında
inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi
müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının
vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu
tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər
verməlidir.
IV. Azərbaycan Respublikasının vitse-prezidentinin
toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən
Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
Maddə 107. Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması
I. Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti ağır cinayət
törətdikdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan
Respublikası Ali Məhkəməsinin 30 gün müddətində verilən rəyi əsasında Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında irəli sürülə bilər.
II. Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında Azərbaycan
Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
sədri imzalayır.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına
bir həftə ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan Respublikası Prezidentinin vəzifədən
kənarlaşdırılması haqqında qərar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdiyi gündən başlayaraq 2
ay ərzində qəbul olunma- lıdır. Bu müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan
Respublikasının Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
Maddə 108. Azərbaycan
Respublikası Prezidentinin təminatı
I. Azərbaycan Respublikasının Prezidenti və
onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikası Prezidentinin
və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
II. Əvvəllər Azərbaycan Respublikasının
Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən
edilir.
Maddə 1081. Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin təminatı
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin
edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin
təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
Maddə 109. Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının
Prezidenti:
1) Azərbaycan Respublikasının Milli Məclisinə
seçkiləri təyin edir;
2) Azərbaycan Respublikasının dövlət büdcəsini
Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə təqdim edir;
3) dövlət iqtisadi və sosial proqramlarını
təsdiq edir;
4) Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri hallarda Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin istefası haqqında qərar qəbul edir;
7) Azərbaycan Respublikasının dövlət büdcəsində
icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli
icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncam-
larını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
9) Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri hakimlərinin vəzifəyə təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimatlar verir; Azərbaycan
Respublikasının digər məhkəmələrinin hakimlərini vəzifəyə təyin edir; Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı
İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan
Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi
Bankının sədrini təyin edir;
11) Azərbaycan Respublikasının hərbi
doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir;
12) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir;
13) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
təşkil edir və onun rəhbərini təyin edir;
14) Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclis-
inə təqdimat verir;
15) Azərbaycan Respublikasının xarici ölkələrdə
və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi
haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir, Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini
təyin edir və geri çağırır;
16) xarici dövlətlərin diplomatik nümayəndələrinin
etimadnamə və övdətnamələrini qəbul edir;
17) dövlətlərarası və hökumətlərarası beynəlxalq
müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan Respublikasının qanun-
larından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv
olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri
imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və dərc edir;
20) vətəndaşlıq məsələlərini həll edir;
21) siyasi sığınacaq verilməsi məsələlərini həll
edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə təltif edir;
24) ali hərbi və ali xüsusi rütbələr verir;
25) ümumi və qismən səfərbərlik elan edir,
habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası vətəndaşlarının
müddətli hərbi xidmətdə çağırılması və müddətli hərbi xidmətdə olan hərbi
qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan Respublikasının Təhlükəsizlik
Şurasını yaradır;
28) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilmə-
si barədə Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verir;
29) fövqəladə və hərbi vəziyyət elan edir;
30) Azərbaycan Respublikası Milli Məclisinin
razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan Respublikasının dövlət büdcəsində
bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətləri
yaradır;
32) bu Konstitusiya ilə Azərbaycan
Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid
edilməyən digər məsələləri icra qaydasında həll edir.
Maddə 110.
Qanunların imzalanması
I. Azərbaycan Respublikasının Prezidenti
qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun
Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu
imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan
Respublikasının Milli Məclisinə qaytara bilər.
II. Konstitusiya qanunları Azərbaycan
Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan
Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs
çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə
yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.
Maddə 1101. Dövlətlərarası
və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan
Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr
bağlamaq hüququnu
vitse-prezidentə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər.
Maddə 111. Hərbi
vəziyyət elan edilməsi
Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi
faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına
müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi
yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə
blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və
ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı
24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Maddə 112. Fövqəladə
vəziyyət tətbiq edilməsi
Azərbaycan
Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük
ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən
hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar
yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının
normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan
Respub- likasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə
qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir.
Maddə 113. Azərbaycan
Respublikası Prezidentinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan
Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərən-
camlar qəbul edir.
II. Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc edildiyi gündən
qüvvəyə minir.
Maddə 114. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin statusu
I. Azərbaycan Respublikasının Prezidenti
icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan
Respub- likasının Nazirlər Kabinetini yaradır.
II. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.
III. Azərbaycan Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında
cavabdehdir.
IV. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.
Maddə 115. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin tərkibi
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş
naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri daxildirlər.
Maddə 116. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin istefası
Yeni seçilmiş Azərbaycan
Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə
başladığı gün Azərbay- can Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinə istefa verir
Maddə 117. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iclasları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan
Respublikasının Baş naziri sədrlik edir.
Maddə 118. Azərbaycan
Respublikası Baş nazirinin təyin edilməsi qaydası
I. Azərbaycan Respublikasının Baş nazirini
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə Azərbaycan
Respublikasının Prezidenti təyin edir.
II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin
icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər
Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
III. Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin
namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən
qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə
razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan
Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı
olmadan təyin edə bilər.
Maddə 119. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət büdcəsinin
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
- Azərbaycan Respublikası dövlət büdcəsinin
icrasını təmin edir;
- maliyyə-kredit və pul siyasətinin həyata
keçirilməsini təmin edir;
- dövlət iqtisadi proqramlarının həyata
keçirilməsini təmin edir;
- dövlət sosial təminat proqramlarının
həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər mərkəzi icra
hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
- Azərbaycan Respublikası Prezidentinin
onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Maddə 120. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin aktları
I. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul
edir.
II. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar dərc
edildiyi gündən qüvvəyə minir.
Maddə 121. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər
Azərbaycan
Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra
hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik
olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan
Respub- likası vətəndaşı təyin edilir.
Maddə 122. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər
Azərbaycan
Respublikasının Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə
tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, vəzifə
maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən
başqa məvacib ala bilməzlər.
Maddə 123. Azərbaycan
Respublikası Baş nazirinin toxunulmazlığı
I. Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının Baş naziri,
cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə
cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri
tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının Baş naziri
cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə
dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikası Baş nazirinin
toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən
Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
Maddə 124. Yerlərdə
icra hakimiyyəti
I. Yerlərdə icra hakimiyyətini yerli icra
hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II. İcra hakimiyyəti başçılarını Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
III. Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
VII fəsil. MƏHKƏMƏ HAKİMİYYƏTİ
Maddə 125. Məhkəmə
hakimiyyətinin həyata keçirilməsi
I. Azərbaycan Respublikasında məhkəmə
hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
II. Məhkəmə hakimiyyətini Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi,
Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının
ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.
III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və
cinayət məhkəmə icraatı vasitəsi ilə və qanunla nəzərdə tutulmuş digər vasitələr
ilə həyata keçirilir.
IV. Cinayət məhkəmə icraatında Azərbaycan
Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.
V. Məhkəmə quruluşu və məhkəmə icraatı
qaydası qanunla müəyyən olunur.
VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi
məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin
yaradılması qadağandır.
VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini
təmin etməlidir.
Maddə 126.
Hakimliyə namizədlərə aid tələblər
I. Seçkilərdə iştirak etmək hüququna malik
olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbay-
can Respublikası vətəndaşları hakim ola bilərlər. 5
II. Hakimlər heç bir başqa seçkili və təyinatlı
vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç
bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər,
siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, vəzifə
maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən
başqa məvacib ala bilməzlər.
Maddə 127.
Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri
və şərtləri
I. Hakimlər müstəqildir, yalnız Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri
müd- dətində dəyişilməzdirlər.
II. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin
hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
III. Hər hansı bir şəxs tərəfindən və hər hansı
bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət
qoyulması, qanunla zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.
IV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə
qarşısında bərabərliyi əsasında həyata keçirilir.
V. Bütün məhkəmələrdə işlərin icraatı açıq
aparılır.
İşə qapalı
iclasda baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət,
peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da vətəndaşların
şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətini mövcud- luğunu müəyyən
edir.
VI. Qanunda nəzərdə tutulmuş hallar istisna
olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir.
VII. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata
keçirilir.
VIII. Məhkəmə icraatının istənilən mərhələsində hər
kəsin müdafiə hüququ təmin olunur.
IX. Ədalət məhkəməsi təqsirsizlik
prezumpsiyasına əsaslanır.
X. Azərbaycan Respublikasında məhkəmə icraatı
Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq yerin əhalisinin çoxluq
təşkil edən hissəsinin dilində aparılır. İşin iştirakçısı olub məhkəmə
icraatının aparıldığı dili bilməyən şəxslərin işin ma- terialları ilə tam tanış
olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak etmək və məhkəmədə ana dilində
çıxış etmək hüququ təmin edilir.
Maddə 128.
Hakimlərin toxunulmazlığı
I. Hakimlər toxunulmazdırlar.
II. Hakim cinayət məsuliyyətinə yalnız
qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III. Hakimlərin səlahiyyətlərinə yalnız qanunda
nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər.
IV. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü
hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası
Ali Məhkəməsinin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında irəli sürə bilər. Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim
etməlidir.
V. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Respub-
likasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması haqqında
qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə qəbul
edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar Azərbaycan
Respub- likasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.
Maddə 129. Məhkəmə
qərarları və onların icrası
I. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin
adından çıxarılır və onların icrası məcburidir.
II. Məhkəmə qərarının icra olunmaması
qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
Maddə 130. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi
I. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi 9 hakimdən ibarətdir.
II. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azər- baycan
Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respub- likası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sorğusu əsasında aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası qanunlarının,
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan
Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası
qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin
qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının Azərbaycan
Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan
Respub- likası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar
Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarına)
uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş
dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına
uyğunluğu; Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin Azərbaycan
Respublikası Konstitusiyasına və qanun- larına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası
Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının
və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına
uyğunluğu; Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası
qanunlarına uyğun-
luğu; Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
uyğunluğu;
8) qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
IV. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin,
Azərbaycan Respub- likası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusi- yasını və qanunlarını şərh
edir.
V. Hər kəs onun hüquq və azadlıqlarını
pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə
və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin
1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan
Respublikasının
Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi
məqsədi ilə şikayət verə bilər.
VI. Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata
keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və
qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
müraciət edə bilərlər.
VII. Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra
hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından
qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində
göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən
həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu
verə bilər.
VIII. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
bu Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir.
IX. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində
məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları
dərc edilməlidir.
X. Qanunlar və digər aktlar yaxud onların
ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası müqavilələri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş
müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri
isə qüvvəyə minmir.
Maddə 131. Azərbaycan
Respublikasının Ali Məhkəməsi
I. Azərbaycan Respublikasının Ali Məhkəməsi
ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və
digər işlər üzrə ali məhkəmə orqanıdır; o, kassasiya qaydasında ədalət mühakiməsini
həyata keçirir; məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
II. Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları
dərc edilməlidir.
Maddə 132. Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri
I. Azərbaycan Respublikasının apellyasiya
məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı
instansi- ya məhkəmələridir.
II. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin
hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan
Respublikasının Milli Məclisi təyin edir.
Maddə 133. Azərbaycan
Respublikasının Prokurorluğu
I. Azərbaycan Respublikasının Prokurorluğu
qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olun-
masına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır
və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia
qaldırır; məhkəmə qərarlarından protest verir.
II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi
və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna
tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
III. Azərbaycan Respublikasının Baş prokurorunu
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclis-
inin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
IV. Azərbaycan Respublikası Baş prokurorunun
müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən
prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan
Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbay- can Respublikasının
Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
V. Ərazi və ixtisaslaşdırılmış prokurorları
Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının
Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.
VIII fəsil. NAXÇIVAN MUXTAR RESPUBLİKASI
Maddə 134.
Naxçıvan Muxtar Respublikasının statusu
I. Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının tərkibində muxtar dövlətdir.
II. Naxçıvan Muxtar Respublikasının statusu
bu Konstitusiya ilə müəyyən edilir.
III. Naxçıvan Muxtar Respublikası Azərbaycan
Respublikasının ayrılmaz tərkib hissəsidir.
IV. Azərbaycan Respublikası Konstitusiyası,
qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar Respublikasının ərazisində
məcburidir.
V. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları
müvafiq olaraq Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına;
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan
Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Preziden-
tinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
zidd olmamalıdır.
VI. Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya qanunu ilə
təsdiq edilir.
Maddə 135.
Naxçıvan Muxtar Respublikasında hakimiyyətlərin bölünməsi
I. Naxçıvan Muxtar Respublikasının
qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra
hakimiyyəti- ni Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə
hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.
II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə onun səlahi- yyətlərinə
aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və Azərbaycan
Respublikası Prezidentinin fərmanları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin
həllində, Naxçıvan Muxtar Respublikasının məhkəmələri isə Azərbaycan
Respublikası Konstitusiyası və qanunlar ilə onların səlahiyyətlərinə aid edilən
məsələlərin həllində müstəqildirlər.
Maddə 136.
Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi
Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədridir.
Maddə 137.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
45 üzvdən ibarətdir.
II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
səlahiyyət müddəti 5 ildir.
III. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin və onun müavinlərini
seçir, daimi və digər komissiyalar təşkil edir.
Maddə 138.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
seçkilər;
2) vergilər;
3) Naxçıvan Muxtar Respublikası
iqtisadiyyatının inkişafı istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin qorunması;
6) turizm;
7) səhiyyə, elm, mədəniyyət.
II. Bu maddədə göstərilən məsələlərə dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir.
Maddə 139.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlər
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
aşağıdakı məsələləri həll edir:
1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
işinin təşkili;
2) Naxçıvan Muxtar Respublikasının büdcəsinin
təsdiqi;
3) Naxçıvan Muxtar Respublikasının
iqtisadi və sosial proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar Respublikası Baş
Nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə etimad.
II. Bu maddədə göstərilən məsələlərə dair
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul edir.
Maddə 140.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
I. Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə
Nax- çıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
II. Naxçıvan Muxtar Respublikasının Baş
nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi təyin edir.
III. Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti:
- muxtar respublika büdcəsinin layihəsini
hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- muxtar respublikanın büdcəsini icra
edir;
- muxtar respublikanın iqtisadi
proqramlarının həyata keçirilməsini təmin edir;
- muxtar respublikanın sosial
proqramlarının həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikası Prezidentinin
onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti qərar və sərəncamlar qəbul edir.
Maddə 141.
Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti
Naxçıvan Muxtar
Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının
Prezidenti təyin edir.
DÖRDÜNCÜ BÖLMƏ.
YERLİ ÖZÜNÜİDARƏETMƏ
IX fəsil. BƏLƏDİYYƏLƏR
Maddə 142. Yerlərdə
özünüidarənin təşkili
I. Yerli özünüidarəni bələdiyyələr həyata
keçirir.
II. Bələdiyyələr seçkilər əsasında
yaradılır.
III. Bələdiyyələrin statusunun əsasları bu
Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən
edilir.
Maddə 143. Bələdiyyələrin
işinin təşkili
I. Bələdiyyə öz fəaliyyətini iclaslar,
daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.
II. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri
çağırır
Maddə 144. Bələdiyyələrin
səlahiyyətləri
I. Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər
həll edilir:
1) bələdiyyə üzvlərinin səlahiyyətlərinin
tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi
və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və onun müavinlərinin,
daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və ödənişlərin müəyyən
edilməsi;
5) yerli büdcənin və onun icrası haqqında
hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan
istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və sosial inkişaf
proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf proqramlarının qəbul
və icra edilməsi;
9) yerli ekoloji proqramların qəbul və
icra edilməsi.
II. Bələdiyyələrə qanunvericilik və icra
hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər . Bu səlahiyyətlərin
həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də
ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq
qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
Maddə 145. Bələdiyyələrin
qərarları
I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə
dair qərarlar qəbul edilir.
II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin
sadə səs çoxluğu ilə qəbul edilir.
III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar
bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Maddə 145. Bələdiyyələrin
qərarları
I. Bələdiyyənin iclaslarında baxılan məsələlərə
dair qərarlar qəbul edilir.
II. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin
sadə səs çoxluğu ilə qəbul edilir.
III. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar
bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
Maddə 146. Bələdiyyələrin
müstəqilliyinin təminatı
I. Bələdiyyələr öz səlahiyyətlərini həyata
keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar
qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi,
səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin
vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil
həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət
edir.
IV. Qanunla müəyyən edilmiş hallarda və
qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının
Milli Məclisinə hesabat təqdim edirlər.
V. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə,
dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə
təminat verilir.
Maddə 1461. Bələdiyyələrin
məsuliyyəti
Bələdiyyələr, bələdiyyə
qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və
hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və
onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.
BEŞİNCİ BÖLMƏ.
HÜQUQ VƏ QANUN
X fəsil. QANUNVERİCİLİK SİSTEMİ
Maddə 147. Azərbaycan
Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi
I. Azərbaycan Respublikasının
Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II. Azərbaycan Respublikasının
Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.
Maddə 148. Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar
I. Qanunvericilik sistemi aşağıdakı
normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
6) Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra
hakimiyyəti orqanlarının normativ aktları.
II. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik
sisteminin ayrılmaz tərkib hissəsidir.
III. Naxçıvan Muxtar Respublikasında həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir.
IV. Naxçıvan Muxtar Respublikasının
qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunvericilik sisteminə
uyğun olmalıdır.
V. Öz səlahiyyətləri daxilində yerli icra
hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən
norma- tiv xarakterli aktlar qəbul edə bilərlər.
Maddə 149.
Normativ hüquqi aktlar
I. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
II. Referendumla qəbul olunmuş aktlar yalnız
dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr
üçün məcburidir.
IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır.
Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra
hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
V. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına
və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi
və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər
üçün məcburidir.
VI. Mərkəzi icra hakimiyyəti orqanlarının
aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarlarına zidd olmamalıdır.
VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini
yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən
normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi
aktların qüvvəsi geriyə şamil edilmir.
VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç
kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur
edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə
cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya
qanunu ilə müəyyən edilir.
Maddə 150. Bələdiyyə
aktları
I. Bələdiyyələrin qəbul etdikləri aktlar
hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan
Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası
Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
(Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarına) zidd olmamalıdır.
II. Bələdiyyələrin qəbul etdiyi aktın icrası
onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər
üçün məcburidir.
Maddə 151. Beynəlxalq
aktların hüquqi qüvvəsi
Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə
(Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq
edilir.
XI fəsil. AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR
Maddə 152. Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul edilməsi qaydası Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul
edilə bilər.
Maddə 153. Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin təklif edilməsi qaydası
Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan
Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif
etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəyi alınır.
Maddə 154. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan
Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə
bilməz.
Maddə 155. Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər
və ya onların ləğv edilməsi haqqında,
III fəslində nəzərdə
tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan
daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla
bilməz.
XII fəsil.
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINA ƏLAVƏLƏR
Maddə 156. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası
I. Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs
çoxluğu ilə Konsti- tusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan
Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci
səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm birinci, həm də
ikinci səsver- mədən sonra bu konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş
qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim olunur.
IV. Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan
Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda
qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan
Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası
Konsti- tusiyasının əsas mətninə zidd olmamalıdır.
Maddə 157. Azərbaycan
Respublikası Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü
Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının
Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif
edə bilərlər.
Maddə 158. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması
Bu
Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz.
KEÇİD MÜDDƏALARI
1. Azərbaycan Respublikasının
Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən
qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin
21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konsti- tusiyası (Əsas Qanunu)
qüvvədən düşür.
2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər
seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbay- can
Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddəsinin V
hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası
Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası xalq
deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin
səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas
günü başa çatır. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk
iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi
gündən bir həftə sonra keçirilir. Azər- baycan Respublikası Milli Məclisinin
ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci il
avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər
haqqında” Azərbaycan Res- publikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında
seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri
bitənədək qüvvədədir.
5. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada müəyyən
edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən
Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə
xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq
deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti
orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra
iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdi- yyələrə
seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək
Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa norma- tiv
hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət
göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini Konstitusiyada
müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən
bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar
Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul
edilməlidir və Azərbaycan Respub- likası məhkəmələrinin hakimləri yenidən təyin
edilməlidir. Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və
vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik
əsasında həyata keçirilir.
11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən
bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan
Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Res-
publikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir. Bu
Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş
məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.
12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi
bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan Respub- likasının İqtisad
Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri
həyata keçirir.
12 noyabr
1995-ci il
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 avqust 2002-ci il tarixli 99/372
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı
(“Azərbaycan” qəzeti 19 iyun 2002-ci il, № 216);
2. 1 avqust 2003-cü il tarixli Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 3 avqust
2003-ci il, № 176; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı,
3/2003);
3. 21 oktyabr 2005-ci il tarixli Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr
2005-ci il, № 245; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı,
1/2006);
4. 13 dekabr 2005-ci il tarixli 7-IIIKQD
nömrəli Azərbaycan Respublikası Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 15
deka- br 2005-ci il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, № 12, maddə 1078);
5. 2 oktyabr 2008-ci il tarixli 671-IIIKQD
nömrəli Azərbaycan Respublikası Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12
noyabr 2008-ci il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, № 11, maddə 940);
6. 30 mart 2009-cu il tarixli 19/86 nömrəli
Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il,
№
3, maddə 158)
7. 30 iyun 2014-cü il tarixli Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Respublika” qəzeti, 5 iyul
2014-cü il, № 141);
8. 11 oktyabr 2016-cı il 20/83 nömrəli Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti, 12
oktyabr 2016-cı il, № 224)