AZƏRBAYCAN
Din
AZƏRBAYCANDA MÖVCUD DİNLƏR
Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Hazırda Azərbaycan Respublikası ərazisində 510 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 32-i qeyri-islam təmayüllü dini icmalardır.
Ənənəvi konfessiyalar: Ortodoks konfessiyası
1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.
Roma-katolik konfessiyası
1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanmışdır. 2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. 2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul olunmuşdur. 2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilmişdir.
Protestantlıq cərəyanı
Yevangel-lüteran kilsəsi
Yevangel xristian baptist icması
7-ci gün adventistləri
"Şərqdə ulduz" xristian incil dini icması
Molokan ruhani xristianların dini icması
Alban-udi xristian dini icması
Yəhudilər
Avropa yəhudilərinin dini icması
«Aşkinazi» Dağ yəhudiləri icması-sefartlar
Gürcü yəhudiləri icması
Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşmışlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamışlar. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyatına alınmışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. 2003-cü ilin sentyabr ayında Bakıda "Od-Avner" Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasan Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilmişdir. Ölkədə mövcud olan yüksək tolerantlıq dərəcəsi və yəhudilərə qarşı heç bir ayrı-seçkiliyin olmadığı 2006-cı il fevral ayının 9-14-də Azərbaycana səfər etmiş Amerikanın başlıca yəhudi təşkilatları prezidentlərinin Konfransı təşkilatının nümayəndə heyəti tərəfindən də vurğulanmışdır. Nümayəndə heyətinə təşkilatın sədr müavini M.Hönlayn, Avro-Asiya yəhudi konqresinin prezidenti A.Maxkevitç və digər şəxslər daxil idi.
Qeyri-ənənəvi din və təriqətlər:
Yehova şahidləri
Nehemiya Mədh kilsəsi
Həyatverici lütf
Beynəlxalq Krişna şüuru
Bəhai Novoapostol kilsəsi
Yevangel xristianları icması
Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları «Soxnut», «Aqudit İsrail» və «Tşuva İsrail» kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıx əlaqə saxlayır. Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, «Həyatverici lütf» icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir. Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilmişdir.
KİLSƏLƏR
Alban kilsəsi (Oğuz r.)
Alban kilsəsi (Goranboy r.)
Mixail Arxangel kilsəsi
Lüteran kilsəsi
Məryəm Milad kilsəsi
PİR VƏ ZİYARƏTGAHLAR
Əshabi-Kəhf
Mirmövsümağa ziyarətgahı
Gəncə imamzadəsi
Bərdə imamzadəsi
Xızır-zində baba ziyarətgahı
Şeyx Cüneyd piri
Soltan baba piri
Seyid Əhməd piri
Babadilim piri
Əlibaba piri
Qara paltar piri
Xanağa piri
Düylün piri
Seyid Cəmaləddin piri
Babagil piri
Həzrət Şeyx Mənsur piri
Ağbil piri
Şeyx Baba piri
Babaratma piri
Şeyx Yusif piri
Piri Mərdəkan
DİNİ TƏHSİL MÜƏSSİSƏSİ
Bakı İslam Universiteti
Azərbaycanda yeganə ali dini təhsil müəssisəsidir. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 20 ildir fəaliyyət göstərir. Universitetin "İslamşünaslıq" və "Şəriət" fakültələri var. İndiyədək universitetin 1350 məzunu olmuşdur. 1995-ci ildən universiteti bitirən tələbələrdən 450 nəfəri xarici ölkələrdə təhsil almağa göndərilmişdir. Bakı İslam Universiteti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. 2002-ci ildən universitetin Mingəçevir, Zaqatala və Sumqayıt filialları şöbə kimi fəaliyyət göstərir. Həmin ildən başlayaraq universitetə qəbul mərkəzləşmiş şəkildə yalnız Bakıda həyata keçirilir.
Azərbaycanda islamın yayılması
BDU-nun İlahiyyat fakültəsi 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuşdur. Hazırda fakültədə təhsil müddəti beş ildir. Fakültənin məzunlarına iki ixtisas- ilahiyyatçı-islamşünas və ərəb dili müəllimi ixtisası verilir. İndiyə qədər məzunlardan 8 nəfər ilahiyyat ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək, ilahiyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. Birinci tədris ilində (1992-1993) fakültəyə ilk qəbul olunmuş tələbələrin sayı 61 nəfər olmuşdur. İndiyə qədər fakültəyə 600-dən artıq tələbə qəbul olunmuşdur.
DİNİ İCMALAR
Dini icmalar eyni dini əqidə sahiblərini bir araya toplayan qurumdur. Azərbaycanda müxtəlif yönümlü dini icmaların fəaliyyət göstərməsi ölkədə dini azadlığın mövcudluğunu bir daha sübut edir. Respublikada təxminən 510 dini icma rəsmi qeydiyyatdan keçmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini icmalar siyahısı:
1. Qafqaz Müsəlmanları İdarəsi
2. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı
3. Bakı «Dağ Yəhudiləri» dini icması.
4. Bakı şəhəri Əzizbəyov rayonu «İrfan» dini icması.
5. Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 saylı Sovxoz «İmam Hüseyn» məscidi dini icması.
6. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi «Cümə» məscidi dini icması.
7. Abşeron rayonu Saray qəsəbəsi «Cümə» məscidi dini icması.
8. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması.
9. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbə məscidi dini icması.
10. Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi «Seyid Qədir» məscidi dini icması.
11. Abşeron rayonu Məhəmmədi kəndi «Cümə» məscidi dini icması.
12. Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması.
13. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbə məscidi dini icması.
14. Bakı şəhəri Səbail rayonu İçərişəhər «Cümə» məscidi dini icması.
15. Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi «Şamlı» məscidi dini icması.
16. Zərdab rayonu Qaravəlli kənd məscidi dini icması.
17. Zərdab rayonu Dəkkəoba kənd məscidi dini icması.
18. Zərdab rayonu Gəlmə kənd məscidi dini icması.
19. Zərdab rayonu Qoruqbağı kənd məscidi dini icması.
20 Zərdab rayonu Dəliquşçu kənd məscidi dini icması.
21. Abşeron rayonu Masazır kəndi «Cümə» məscidi dini icması.
22. Bakı şəhəri Nəsimi rayonu «Hacı Əjdərbəy» məscidi dini icması.
23. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi «Məşədi Qərib» məscidi dini icması.
24. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi «İmam Hüseyn» məscidi dini icması.
25. Bakı şəhəri Əzizbəyov rayonu Türkan qəsəbəsi «İmam Hüseyn» məscidi dini icması.
26. Zərdab rayonu Aşağı Seyidlər kənd məscidi dini icması.
27. Zərdab rayonu Yarməmmədbağı kənd məscidi dini icması.
28. Astara şəhəri «Qum» məscidi dini icması.
29. Zərdab rayonu Alıcanlı kənd məscidi dini icması.
30. Göyçay rayonu Qaraman kəndi «Hacı Rəhim» məscidi dini icması.
31. Zərdab şəhəri «Cümə» məscidi dini icması.
32. Bakı Krişna Şüuru dini icması.
33. Saatlı rayonu Fətəlikənd kəndi «Cümə» məscidi dini icması.
34. «Yeni Həyat» Xristian incil dini icması.
35. Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icması.
36. Bərdə şəhəri «İmamzadə» məscidi dini icması.
37. Ağdaş şəhər məscidi dini icması.
38. Ağcabədi şəhəri «Cümə» məscidi dini icması.
39. Balakən rayonu Kortala kənd məscidi dini icması.
40. Zaqatala rayonu Yuxarı Tala kənd məscidi dini icması.
41. Gəncə şəhəri «Qazaxlar» məscidi dini icması.
42. Qax rayonu Əmbərçay kəndi «Cümə» məscidi dini icması.
43. Şamaxı rayonu Göylər kənd məscidi dini icması.
44. Lerik rayonu Lüləkəran kənd məscidi dini icması.
45. Qəbələ şəhər dindarlarının məscidi dini icması.
46. Balakən şəhəri «Mərkəzi Cümə» məscidi dini icması.
47. Masallı rayonu Sərçuvar kənd məscidi dini icması.
48. Lerik rayonu Blaband kənd məscidi dini icması.
49. Ağdaş rayonu Pirkəkə kənd məscidi dini icması.
50. Neftçala şəhər dindarlarının məscidi dini icması.
51. «Azərbaycan yəhudiləri» dini icması.
52. Neftçala rayonu Mirsəqulu kəndi «Xanım Zeynəb» məscidi dini icması.
53. Neftçala rayonu Kürkənd kəndi «İmam Rza» məscidi dini icması.
54. Gəncə şəhəri Böyük Bağmanlar məhəlləsi «Həzrət Zeynəb» məscidi dini icması.
55. Neftçala rayonu Xolqarabucaq kəndi «İmam Hüseyn» məscidi dini icması.
56. Neftçala şəhəri «İmam Zaman» məscidi dini icması.
57. Neftçala şəhəri «Sahib Əzzaman» məscidi dini icması.
58. Neftçala rayonu 1 saylı Mayak kəndi «İmam Əli» məscidi dini icması.
59. Neftçala rayonu Bankə qəsəbəsi «Həzrət Əli» məscidi dini icması.
60. Sabirabad rayonu Qaralı kənd məscidi dini icması.
61. Ağdaş rayonu Aşağı Ləki kəndi «Hacı Əhməd» məscidi dini icması.
62. Ağdaş rayonu Dəhnəxəlil kəndi «Hacı Xəlil» məscidi dini icması.
63. Yardımlı rayonu Perimbel kəndi «Hacı Mircəfər» məscidi dini icması.
64. Quba rayonu Rustov kəndi «Cümə» məscidi dini icması.
65. Quba rayonu Amsar kənd məscidi dini icması.
66. Sumqayıt şəhəri «Molokan ruhani-xristian» dini icması.
67. Astara rayonu Balaca Şahağacı kənd dini icması.
68. «Sumqayıt Yəhudiləri» dini icması.
69. Yardımlı rayonu Avaş kəndi «İmam Museyi Kazım» məscidi dini icması.
70. Sabirabad şəhəri «Heydər» məscidi dini icması.
71. Bakı şəhəri Əzizbəyov rayonu Şağan qəsəbəsi «Museyi Kazım» məscidi dini icması.
72. Hacıqabul rayonu Talış kənd məscidi dini icması.
73. Bakı şəhəri Əzizbəyov rayonu Qala kənd məscidi dini icması.
74. Astara rayonu Kakalos kənd məscidi dini icması.
75. Astara rayonu Təngərüd kənd məscidi dini icması.
76. Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəs. «Hacı Məhəmməd» məscidi dini icması.
77. Zaqatala rayonuYengiyan kənd məscidi dini icması.
78. Zaqatala rayonuZəyəm kəndi «Cümə» məscidi dini icması.
79. Astara rayonu Siyəkükənd məscidi dini icması.
80. Bakı şəhəri Səbail rayonuİçərişəhər «Gileyli» məscidi dini icması.
81. Bakı şəhəri Əzizbəyov rayonu Binə qəs. «Möhsin Səlim» məscidi dini icması.
82. Bakı şəhəri Əzizbəyov rayonu Binə qəs. Hövsan südçülük sovxozu «İmam Həsən» məscidi dini icması.
83. Masallı rayonu Mollaoba kəndi məscidi dini icması.
84. Masallı rayonu Ağakişibəyli kəndi «Şeyx Həsən» məscidi dini icması.
85. Masallı rayonu Qarğalıq kənd məscidi dini icması.
86. Masallı rayonu Boradigah qəs. məscidi dini icması.
87. Masallı rayonu Kəlbəhüseynli kənd məscidi dini icması.
88. Masallı rayonu Lürən kənd məscidi dini icması.
89. Masallı rayonu Çaxırlı kənd məscidi dini icması.
90. Masallı rayonu Ərkivan qəs. «Pələngküştə» məscidi dini icması.
91. Bakı şəhəri «Molokan ruhani xristian» dini icması.
92. Gəncə şəhəri Şahsevənlər məhəllə məscidi dini icması.
93. Ağcabədi rayonu «Seyid Mürsəl Ağa» məscidi dini icması.
94. Neftçala rayonu «Böyük Oriyat» məscidi dini icması.
95. Lənkəran şəhəri «Cümə» məscidi dini icması.
96. Neftçala rayonu Həsənabad qəsəbəsi «İmam Cəfər Sadiq» məscidi dini icması.
97. Tovuz rayon məscidi dini icması.
98. Fizuli rayonu Horadiz şəhəri «Əhli Beyt» məscidi dini icması.
99. Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması.
100. Masallı rayonu Şərəfə kənd məscidi dini icması.
101. Lənkəran rayonu Zövlə kəndi «Həzrət Əli» məscidi dini icması.
102. Masallı şəhəri Qabaq Dadva məhəllə məscidi dini icması.
103. Qax rayonu «Mərkəzi Cümə» məscidi dini icması.
104. Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması.
105. Göyçay rayonu Mirzəhüseynli kənd məscidi dini icması.
106. Bərdə rayonu Uğurbəyli kənd məscidi dini icması.
107. Bakı şəhəri Yasamal rayonu «Qasımbəy» Cümə məscidi dini icması.
108. Masallı rayonu Mahmudavar kənd məscidi dini icması.
109. Zaqatala rayonu Dardoqqaz kənd məscidi dini icması.
110. Masallı rayonu Gəyəçöl kənd məscidi dini icması.
111. Şamaxı rayonu Mərzəndiyə kəndi «Şikar» məscidi dini icması.
112. Bakı şəhəri Səbail rayonu«Həzrət Muhəmməd» məscidi dini icması.
113. Masallı rayonu Ərkivan qəsəbəsi «Hacı Şeyx Əli» məscidi dini icması.
114. Masallı rayonu Eminli kənd məscidi dini icması.
115. Masallı rayonu Ərkivan qəsəbəsi «Hacı Mirkərim Ağa» məscidi dini icması.
116. Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması.
117. Ağdaş rayonu Ləki qəsəbə məscidi dini icması.
118. Biləsuvar rayonu Nərimankənd kəndi «İmam Hüseyn» məscidi dini icması.
119. Şamaxı rayonu Məlikçobanlı kəndi «Cümə» məscidi dini icması.
120. Zaqatala rayonu Mamrux kənd məscidi dini icması.
121. Ağdaş rayonu Qolqəti kənd məscidi dini icması.
122. İmişli şəhər məscidi dini icması.
123. Lənkəran rayonu Şıxakəran kənd məscidi dini icması.
124. Zaqatala rayonu Əliabad qəsəbəsi «Cümə» məscidi dini icması.
125. Zaqatala rayonu Sumaylı kənd məscidi dini icması.
126. Şamaxı rayonu Birinci Çaylı kəndi «Cümə» məscidi dini icması.
127. Dəvəçi rayonu Rəhimli kənd məscidi dini icması.
128. Ağdaş rayonu Xosrov kəndi «Hacı Bulud» məscidi dini icması.
129. Quba rayonu Ağbil kənd məscidi dini icması.
130. Göyçay rayonu Şərəkə kənd məscidi dini icması.
131. Avropa Yəhudilərinin Bakı dini icması.
132. Göyçay rayonuYalman kənd məscidi dini icması.
133. Ağdaş rayonu Maşad kənd məscidi dini icması.
134. Quba rayonu Qəcər-Zeyid kənd məscidi dini icması.
135. Xaçmaz rayonu Çinartala kənd məscidi dini icması.
136. Gürcü Yəhudilərinin Bakı dini icması.
137. Astara rayonu Sım kənd məscidi dini icması.
138. Qazax şəhəri «Cümə» məscidi dini icması.
139. Goranboy şəhər məscidi dini icması.
140. İsmayıllı rayonu Ərəgit kənd məscidi dini icması.
141. Xaçmaz rayonu Padar kənd məscidi dini icması.
142. Astara rayonu Şiyəkəran kənd məscidi dini icması.
143. Qəbələ rayonu Soltannuxa kənd məscidi dini icması.
144. İsmayıllı rayonu Lahıc qəsəbə məscidi dini icması.
145. Balakən rayonu Cederovtala kənd məscidi dini icması.
146. Qəbələ rayonu Böyük Əmili kənd məscidi dini icması.
147. Balakən rayonu Qabaqçöl qəsəbə məscidi dini icması.
148. Masallı rayonu Aşurlu kənd məscidi dini icması.
149. Biləsuvar şəhəri «İmam Hüseyn» məscidi dini icması.
150. Masallı rayonu Qızılavar kəndi «Peysə» kənd məscidi dini icması.
151. Goranboy rayonu Dəliməmmədli şəhəri «Əkbər Cümə» məscidi dini icması.
152. Masallı rayonu Şatıroba kənd məscidi dini icması.
153. Ucar rayonu Çiyni kənd məscidi dini icması.
154. Balakən rayonu İtitala kənd məscidi dini icması.
155. Qəbələ rayonu Mıxlıqovaq kənd məscidi dini icması.
156. Biləsuvar şəhəri «Cümə» məscidi dini icması.
157. Lerik rayonu Ləmərud kənd məscidi dini icması.
158. Quba rayonu Təngəaltı kəndi «Seyidlər» məscidi dini icması.
159. Masallı rayonu Qəriblər kənd məscidi dini icması.
160. Lənkəran şəhəri Böyük bazar «Cümə» məscidi dini icması.
161. Şirvan şəhəri Bayramlı qəsəbəsi «İmam Hüseyn» məscidi dini icması.
162. Qobustan şəhəri «Cümə» məscidi dini icması.
163. Sabirabad rayonu Qalaqayın kənd məscidi dini icması.
164. Masallı rayonu Köçəkli kənd məscidi dini icması.
165. Masallı rayonu Öncəqala kənd məscidi dini icması.
166. Ağsu şəhəri «Nuran Xatun» məscidi dini icması.
167. Ağsu rayonu Çiyni kənd məscidi dini icması.
168. Zaqatala rayonu Qandax kənd məscidi dini icması.
169. Ağsu rayonu Musabəyli kənd məscidi dini icması.
170. Bakı Əzizbəyov Buzovna «Cümə» məscidi dini icması.
171. Gədəbəy şəhər «Cümə» məscidi dini icması.
172. Qobustan rayonu Hilmilli kəndi «Molokan ruhani-xristian» dini icması.
173. Qəbələ rayonu Mirzəbəyli kənd məscidi dini icması.
174. Masallı şəhər «Axund Məmmədqulu» məscidi dini icması.
175. Ağsu rayonu Pirhəsənli kənd məscidi dini icması.
176. Zaqatala rayonu Muxax kənd məscidi dini icması.
177. Zaqatala rayonu Dombabinə kənd məscidi dini icması.
178. Sumqayıt şəhər Katec qəsəbəsi Məscidi dini icması.
179. Kürdəmir şəhər (1) məscidi dini icması.
180. Abşeron rayonu Digah qəsəbəsi məscidi dini icması.
181. Ağstafa rayonuGöyçəli kəndi «Əbülfəzlil Abbas» məscidi dini icması.
182. Xaçmaz rayonu Qaracəlli kəndi &llaquo;Hüseyn» məscidi dini icması.
183. Gəncə Bala Bağman «Fatimeyi-Zəhra» məscidi dini icması.
184. Qazax rayonudaş Salahlı kəndi «Aşırlı» məscidi dini icması.
185. Masallı rayonu Sığdaş kənd məscidi dini icması.
186. Lənkəran rayonu Qurumba kənd məscidi dini icması.
187. Xaçmaz rayonu Həsənqala kəndi «Həsənqala» məscidi dini icması.
188. Ağsu rayonu Ağalarbəyli kəndi «İmam Hüseyn» məscidi dini icması.
189. Qəbələ rayonu Həmzəlli kənd məscidi dini icması.
190. Qəbələ rayonu Xırxatala kənd məscidi dini icması.
191. Ağdaş rayonu Mürsəl kənd məscidi dini icması.
192. Sabirabad rayonu Əhmədabad kənd məscidi dini icması.
193. Qəbələ rayonu Aydınqışlaq kənd məscidi dini icması.
194. Zaqatala rayonu Bəhmətli kənd məscidi dini icması.
195. Göyçay şəhəri «Mərkəz» məscidi dini icması.
196. Quba şəhəri «Cümə» məscidi dini icması.
197. Tovuz rayonu Əlimərdanlı kəndi «Həzrəti Fatimeyi-Zəhra» məscidi dini icması.
198. Zaqatala rayonu Mosul kənd məscidi dini icması.
199. Gəncə şəhəri Şah Abbas «Cümə» məscidi dini icması.
200. Ağdaş rayonu Şəkili kənd məscidi dini icması.
201. Zaqatala rayonu Əlibayramlı kənd məscidi dini icması.
202. Yevlax şəhəri Xaldan kəndi «Cümə» məscidi dini icması.
203. Ağdaş rayonu Şıxlı kənd məscidi dini icması.
204. Zaqatala rayonu Paşan kənd məscidi dini icması.
205. Ağdaş rayonu Binələr kənd məscidi dini icması.
206. Ağdaş rayonu Cardam kənd məscidi dini icması.
207. Sabirabad rayonu Qaratəpə kəndi «İmam Hüseyn» məscidi dini icması.
208. Ağdaş rayonu Malay kənd məscidi dini icması.
209. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi «İmam Rza» məscidi dini icması.
210. Ucar rayonu Alpı kənd məscidi dini icması.
211. Lənkəran rayonu Moğnojoba kənd məscidi dini icması.
212. Sabirabad rayonu Qaragüney kənd məscidi dini icması.
213. Masallı rayonu Köhnə Alvadı kənd məscidi dini icması.
214. Lənkəran şəhəri Kiçik Bazar «Hüseyniyyə» məscidi dini icması.
215. İsmayıllı rayonu Talıstan kəndi «Bilal» məscidi dini icması.
216. Qazax rayonu Çaylı kəndi «Səxavət» məscidi dini icması.
217. Masallı rayonu Miyankü kənd məscidi dini icması.
218. Masallı rayonu Kubin kənd məscidi dini icması.
219. Ucar rayonu Boyat kəndi «İmam Hüseyn» məscidi dini icması.
220. Şəki rayonu Kiçik Dəhnə kənd məscidi dini icması.
221. Şəki rayonu Bideyiz kənd məscidi dini icması.
222. Şəki rayonu Baltalı kənd məscidi dini icması.
223. Şəki rayonu Aşağı Göynük kənd məscidi dini icması.
224. Masallı rayonu Qızılağac kənd məscidi dini icması.
225. Şamaxı şəhəri «Cümə» məscidi mərkəz dini icması.
226. Şəki rayonu Baş Zəyzid kənd məscidi dini icması.
227. Astara rayonu Vaqo kəndi «Cümə» məscidi dini icması.
228. Şamaxı şəhəri «İmamzadə» məscidi dini icması.
229. Hacıqabul rayonu Rəncbər kəndi «Cümə» məscidi dini icması.
230. Ağstafa şəhəri İmam Əli adına «Cümə» məscidi dini icması.
231. Cəlilabad şəhəri «Cümə» məscidi dini icması.
232. Cəlilabad şəhəri «Şəhidlər» məscidi dini icması.
233. Quba rayonu I Nügədi kənd məscidi dini icması.
234. Ağsu rayonu Cəlayir kənd məscidi dini icması.
235. Kürdəmir rayonu Şilyan kəndi «Xeybər» məscidi dini icması.
236. Astara rayonu Kijəbə qəsəbəsi Lovayın kənd məscidi dini icması.
237. Zaqatala rayonu Çökək kəndi «Cümə» məscidi dini icması.
238. Neftçala rayonu Yuxarı Qaramanlı kəndi «İmam Rza» məscidi dini icması.
239. Bakı şəhəri Yasamal rayonu «İmam Hüseyn» məscidi dini icması.
240. Kürdəmir şəhəri «İmam Rza» məscidi dini icması.
241. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd məscidi dini icması.
242. Sumqayıt şəhəri «Cümə» məscidi dini icması.
243. Qəbələ rayonu Çuxur Qəbələ kənd məscidi dini icması.
244. Abşeron rayonu Fatmayı kəndi «İmam Hüseyn» məscidi dini icması.
245. Lənkəran rayonu Separadi kənd məscidi dini icması.
246. Qax rayonu Tasmalı kəndi «Cümə» məscidi dini icması.
247. Şəki rayonu İncə kənd məscidi dini icması.
248. Sabirabad rayonu Yenikənd kənd məscidi dini icması.
249. Qusar rayonu Urva kənd məscidi dini icması.
250. Qəbələ rayonu Yemişanlı kənd məscidi dini icması.
251. Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icması.
252. Ağdaş rayonu Ağzıbir kənd məscidi dini icması.
253. Saatlı rayonu Qara Nuru kənd məscidi dini icması.
254. Qəbələ rayonu Kötüklü kənd məscidi dini icması.
255. Şəki rayonu Cəyirli kənd məscidi dini icması.
256. Göyçay rayonu Alxasava kənd məscidi dini icması.
257. Qax rayonu Qaşqaçay kəndi «Cümə» məscidi dini icması.
258. Ağstafa rayonu Dağ Kəsəmən kəndi «Eyyub Ağa» məscidi dini icması.
259. Masallı rayonu Mollahəsənli kənd məscidi dini icması.
260. Qobustan rayonu Çalov kənd məscidi dini icması.
261. Qobustan rayonu Hilmilli kənd məscidi dini icması.
262. Goranboy rayonu Safıkürd və Tatarlı kənd məscidi dini icması.
263. Balakən rayonu Püştətala kənd məscidi dini icması.
264. Şəki rayonu Oxud kənd məscidi dini icması.
265. Oğuz rayonu Xaçmaz kənd məscidi dini icması.
266. İsmayıllı rayonu Quşencə kənd məscidi dini icması.
267. Şəki şəhəri «İmam Əli» məscidi dini icması.
268. Bakı şəhəri Bəhai dini icması.
269. Şəki rayonu Orta Zəyzid kənd məscidi dini icması.
270. Qax rayonu Qaysarlı kəndi «Cümə» məscidi dini icması.
271. Hacıqabul rayonu Abdulabad kəndi «Cümə» məscidi dini icması.
272. Astara rayonu Maşxan kənd məscidi dini icması.
273. Ağdaş rayonu Orta Ləki kəndi Cəlal əfəndi adına «Ağ məscid» dini icması.
274. Gədəbəy şəhəri Mərkəzi məscidi dini icması.
275. Quba rayonu II Nügədi kəndi «Molla Hud» məscidi dini icması.
276. Zaqatala rayonu Faldarlı kənd məscidi dini icması.
277. Neftçala rayonu Xolqaraqaşlı kəndi «İmam Əli» məscidi dini icması.
278. Masallı rayonu Sığıncaq kənd məscidi dini icması.
279. Zaqatala rayonu Lahıc kənd məscidi dini icması.
280. Masallı şəhəri «İmam Hüseyn» məscidi dini icması.
281. Zaqatala rayonu Fındıqlı kənd məscidi dini icması.
282. Şamaxı rayonu Acıdərə kəndi «Şeyx Eyyub» məscidi dini icması.
283. Oğuz şəhəri «Cümə» məscidi dini icması.
284. Gədəbəy rayonu Yenikənd massivi «İlyas Həsənoğlu» məscidi dini icması.
285. Masallı şəhəri Dal Dadva məhəllə məscidi dini icması.
286. Zaqatala rayonu Çobankol kəndi «Cümə» məscidi dini icması.
287. Qax rayonu Qaxingiloy kəndi «Müqəddəs Giorgi» kilsəsi gürcü pravoslav xristian dini icması.
288. Sabirabad rayonu Çiçəkli kənd məscidi dini icması.
289. Şəki rayonu Baş Layısqı kənd məscidi dini icması.
290. Qazax rayonu Aslanbəyli kəndi «Hacı Mahmud Əfəndi» məscidi dini icması.
291. Zaqatala rayonu Höytala kənd məscidi dini icması.
292. Gədəbəy rayonu Qoşabulaq kəndi «Həzrət Əli» məscidi dini icması.
293. Zaqatala rayonu Yeni Suvagil kənd məscidi dini icması.
294. Masallı rayonu Banbaşı kənd məscidi dini icması.
295. Qəbələ rayonu Yengicə kənd məscidi dini icması.
296. Masallı rayonu Kalinovka kənd məscidi dini icması.
297. Ucar rayonu Çiyni kəndi «Hacı Ağamirzə» məscidi dini icması.
298. Masallı rayonu Təzə Alvadı kəndi «Cümə» məscidi dini icması.
299. Biləsuvar rayonu Nəsimi kəndi «İmam Hüseyn» məscidi dini icması.
300. Salyan rayonu Ərəbqardaşbəyli kəndi «Keçmiş Ərəbbəbirxanlı» məscidi dini icması.
301. Masallı rayonu Xoşçobanlı kənd məscidi dini icması.
302. Zaqatala rayonu Qımır kənd məscidi dini icması.
303. Qəbələ rayonu Hacıalılı kənd məscidi dini icması.
304. Astara rayonu Giləkəran kəndində fəaliyyət göstərən məscidin dini icması.
305. Sabirabad rayonu Salmanlı kənd məscidi dini icması.
306. Sabirabad rayonu Cəngan kənd məscidi dini icması.
307. Sabirabad rayonu Mürsəlli kəndi «İmam Hüseyn» məscidi dini icması.
308. Ağdaş rayonu Qaradeyin kənd məscidi dini icması.
309. Qəbələ rayonu Nic qəsəbəsi Abdallı məhəllə məscidi dini icması.
310. Qəbələ rayonu Uludaş kənd məscidi dini icması.
311. Astara rayonu Hamuşam kənd məscidi dini icması.
312. Xaçmaz rayonu Müqtədir qəsəbəsi «Şeyx Ömər» məscidi dini icması.
313. Ağdaş rayonu Yuxarı Ləki kəndi «Məhəmmədəli» məscidi dini icması.
314. Qax rayonu Əlibəyli kəndi «Müqəddəs Nino» kilsəsi gürcü pravoslav xristian dini icması.
315. Ağdaş rayonu Qəribli kənd məscidi dini icması.
316. Şabran rayonu «Xıdır Zində» məscidi dini icması.
317. Kürdəmir rayonu Qarasaqqal kəndi «Cümə» məscidi dini icması.
318. Xaçmaz şəhəri «Təzə şəhər» məscidi dini icması.
319. Goranboy rayonu Xanqərvənd kənd məscidi dini icması.
320. Göyçay rayonu İncə kənd məscidi dini icması.
321. Masallı rayonu Həsənli kənd məscidi dini icması.
322. Masallı rayonu Xıl kəndi «İmam Zaman» məscidi dini icması.
323. Zaqatala şəhər məscidi dini icması.
324. Masallı rayonu Şıxlar kənd məscidi dini icması.
325. Şəki rayonu Böyük Dəhnə kənd məscidi dini icması.
326. Lənkəran rayonu Kərgəlan kənd məscidi dini icması.
327. Ucar rayonu Ramal kənd məscidi dini icması.
328. Astara rayonu Sığaloni kənd məscidi dini icması.
329. Yardımlı rayonu Zevin kəndi Qobular məhəlləsi «İmam Zaman» məscidi dini icması.
330. Şəki rayonu Aşağı Küngüt kənd məscidi dini icması.
331. Lənkəran rayonu Ləj kənd məscidi dini icması.
332. Neftçala rayonu Boyat kəndi «İmam Cəfər Sadiq» məscidi dini icması.
333. Lənkəran rayonu Şağlaküçə kəndi «İmam Zaman» məscidi dini icması.
334. Yardımlı rayonu Zevin kəndi Aşağı kənd məhəlləsi «İmam Hüseyn» məscidi dini icması.
335. Yardımlı rayonu Zevin kəndi Yuxarı kənd məhəlləsi «İmam Həsən» məscidi dini icması.
336. Neftçala rayonu Aşağı Surra kəndi «İmam Zaman» məscidi dini icması.
337. Masallı şəhəri «Hacı Mirağa» məscidi dini icması.
338. Lerik rayonu Pirzəküçə kənd məscidi dini icması.
339. Salyan rayonu Qarabağlı kəndi «İmam Hüseyn» məscidi dini icması.
340. Saatlı rayonu Günəşli kənd məscidi (1) dini icması.
341. Xızı rayonu Giləzi qəsəbəsi «İmam Hüseyn» məscidi dini icması.
342. Bakı şəhəri Yasamal rayonu «Təzə Pir» məscidi dini icması.
343. Lənkəran rayonu Xolmili kənd məscidi dini icması.
344. Şəki şəhər mərkəzi «Cümə» məscidi dini icması.
345. Şəki şəhəri «Ömər Əfəndi» məscidi dini icması.
346. Neftçala rayonu Xıllı qəsəbəsi «Fatimeyi-Zəhra» məscidi dini icması.
347. Yardımlı rayonu Aşağı Astanlı kənd məscidi dini icması.
348. Masallı rayonu Xallıcalı kənd məscidi dini icması.
349. Neftçala rayonu Aşağı Surra kəndi "İmam Sadiq" məscidi dini icması.
350. Yardımlı rayonu Gendərə kənd məscidi dini icması.
351. Lənkəran rayonu Səpnəkəran kəndi «Sahib Əzzaman» məscidi dini icması.
352. Quba rayonu Püstəqasım kəndi «Hacı İlkin Paşa» məscidi dini icması.
353. Yardımlı rayonu Çanaxbulaq kənd məscidi dini icması.
354. Neftçala rayonu Xolqaraqaşlı kəndi «Əlibala Səlimov» məscidi dini icması.
355. Lənkəran rayonu Tükəvilə kənd məscidi dini icması.
356. Neftçala rayonu Xəzər kəndi «Həzrət Əbülfəz» məscidi dini icması.
357. Quba rayonu Dəlləkli kənd məscidi dini icması.
358. İsmayıllı rayonu Mican kənd məscidi dini icması.
359. Şəki rayonu Cunud kənd məscidi dini icması.
360. Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması.
361. Ağdaş rayonu Aşağı Nemətabad kənd məscidi dini icması.
362. İsmayıllı rayonu Topçu kənd məscidi dini icması.
363. Qəbələ rayonu Tüntül kənd məscidi dini icması.
364. Qəbələ rayonu Bunud kənd məscidi dini icması.
365. Masallı rayonu Hüseynhacılı kənd məscidi dini icması.
366. Masallı rayonu Babaser kənd məscidi dini icması.
367. Xilaskar Yevangelik Lüteranların Bakı dini icması.
368. Ağdaş şəhəri "Üç qovaq" məscidi dini icması.
369. Ağsu rayonu Padar kənd məscidi dini icması.
370. Masallı rayonu Təzəkənd kənd məscidi dini icması.
371. İsmayıllı şəhəri "Cümə" məscidi dini icması.
372. Salyan rayonu Şorsulu kənd məscidi dini icması.
373. Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icması.
374. Quba rayonu Susay kənd məscidi dini icması.
375. Qusar rayonu Mucuq-oba kənd məscidi dini icması.
376. Quba rayonu Aşağı Xuc kənd məscidi dini icması.
377. Qusar rayonu Avaran kənd məscidi dini icması.
378. Astara rayonu Şuvi kəndi "Cümə" məscidi dini icması.
379. Ağdaş rayonu Korarx kənd məscidi dini icması.
380. Cəlilabad şəhəri "İmam Hüseyn" məscidi dini icması.
381. Lənkəran rayonu Nərimanabad qəsəbəsi "İmam Hüseyn" məscidi dini icması.
382. Biləsuvar rayonu Bəydili kəndi "Cümə" məscidi dini icması.
383. Lənkəran rayonu Sinovli kənd məscidi dini icması.
384. Masallı rayonu I Yeddioymaq kənd məscidi dini icması.
385. Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması.
386. Bakı şəhəri Nəsimi rayonu "Məşədi Dadaş" məscidi dini icması.
387. Qəbələ rayonu Zarağan kənd məscidi dini icması.
388. Ucar rayonu Lək kənd məscidi dini icması.
389. Ağdaş rayonu Qobu-üstü kənd məscidi dini icması.
390. Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi "Vəhdət" dini icması.
391. Biləsuvar şəhəri "İmam Zaman" məscidi dini icması.
392. Göygöl şəhəri "Heydər" məscidi dini icması.
393. Saatlı rayonu Şirinbəy kəndi "Şirinbəy-1" məscidi dini icması.
394. Biləsuvar şəhəri "Əbülfəzl" məscidi dini icması.
395. Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması.
396. Saatlı rayonu Qazanbatan kənd məscidi dini icması.
397. Saatlı rayonu Nəsimikənd kəndi "Nəsimikənd" məscidi dini icması.
398. Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması.
399. Ağdaş şəhər dindarları məscidi dini icması.
400. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi "Məşədi Kazım" məscidi dini icması.
401. Oğuz rayonu Baş Daşağıl kənd məscidi dini icması.
402. Şəki rayonu Çayqaraqoyunlu kənd məscidi dini icması.
403. Lənkəran rayonu Haftoni qəsəbə məscidi dini icması.
404. Masallı rayonu Qəzvinoba kənd məscidi dini icması.
405. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi "Əbülfəz ağa" məscidi dini icması.
406. Qax şəhər məscidi dini icması.
407. Biləsuvar rayonu Yuxarı Ağalı kəndi "Cümə" məscidi dini icması.
408. Masallı rayonu Qədirli kənd məscidi dini icması.
409. Masallı rayonu Musaküçə kənd məscidi dini icması.
410. Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icması.
411. Lənkəran rayonu Göyşaban kənd məscidi dini icması.
412. Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi dini icması.
413. Mingəçevir şəhəri Mingəçevir kəndi "Cümə" məscidi dini icması.
414. Göygöl rayonu Topalhəsənli kənd məscidi dini icması.
415. Ağsu rayonu Ərəbmehdibəy kənd məscidi dini icması.
416. Biləsuvar rayonu Əsgərabad kəndi "İmam Hüseyn" məscidi dini icması.
417. Qax rayonu Güllük kəndi "Cümə" məscidi dini icması.
418. Ağdaş rayonu Yenicə kənd məscidi dini icması.
419. Neftçala rayonu Mirzəqurbanlı kəndi "Fatimeyi-Zəhra" məscidi dini icması.
420. Quba rayonu II Nügədi kəndi "Hacı Seyid Siracəddin" məscidi dini icması.
421. Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması.
422. Zərdab rayonu Pərvanlı kənd məscidi dini icması.
423. Zərdab rayonu Məmmədqasımlı kənd məscidi dini icması.
424. İsmayıllı rayonu Diyallı kənd məscidi dini icması.
425. Zərdab rayonu İsaqbağı kənd məscidi dini icması.
426. Astara rayonu Şahağacı kənd məscidi dini icması.
427. Masallı rayonu Bağıroba kənd məscidi dini icması.
428. Masallı rayonu Ərkivan qəsəbəsi"Həzrət Əli" məscidi dini icması.
429. Lənkəran rayonu Gərmətük qəsəbə məscidi dini icması.
430. Lənkəran rayonu Veravul kəndi "Cümə" məscidi dini icması.
431. Mingəçevir şəhəri "Heydər" məscidi dini icması.
432. Astara rayonu Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icması.
433. Şamaxı rayonu Məlhəm kəndi "Cümə" məscidi dini icması.
434. Hacıqabul rayonu Kolanı kənd məscidi dini icması.
435. Hacıqabul rayonu Muğan qəsəbəsi "Cümə" məscidi dini icması.
436. Ağdaş rayonu Ərəbocaq kənd məscidi dini icması.
437. Neftçala rayonu II Qaralı kəndi "İmam Rza" məscidi dini icması.
438. İsmayıllı şəhər (2) məscidi dini icması.
439. Zərdab rayonu Çallı kənd məscidi dini icması.
440. Zərdab rayonu Şahhüseynli kənd məscidi dini icması.
441. Astara rayonu Pensər kəndi "Cümə" məscidi dini icması.
442. Daşkəsən şəhəri "Cümə" məscidi dini icması.
443. Masallı rayonu Türkoba kənd məscidi dini icması.
444. Lənkəran rayonu Veravul kənd məscidi dini icması.
445. Qəbələ rayonu Vəndam qəsəbə məscidi dini icması.
446. Lerik rayonu Monidigah kənd məscidi dini icması.
447. Salyan rayonu Xıdırlı kənd məscidi dini icması.
448. Astara rayonu Məçitməhəllə kənd məscidi dini icması.
449. Göyçay rayonu Mırtı kəndi "Şeyx Nəbi" məscidi dini icması.
450. Quba rayonu Kürkün kənd məscidi dini icması.
451. Lerik rayonu Cəngəmiran kənd məscidi dini icması.
452. Astara şəhəri Səməd Vurğun küçəsində yerləşən məscidin dini icması.
453. Oğuz rayonu Padar kəndi "Cümə" məscidi dini icması.
454. Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması.
455. Saatlı rayonu Varxankənd kənd məscidi dini icması.
456. Lerik rayonu Rvarud kənd məscidi dini icması.
457. Sabirabad rayonu Kovlar kənd məscidi dini icması.
458. Sabirabad rayonu Cavad kəndi "Əlicanlı" məscidi dini icması.
459. Goranboy rayonu Nərimanlı kənd məscidi dini icması.
460. Oğuz rayonu Tərkəş kənd məscidi dini icması.
461. Şabran rayonu Dağbilici kənd məscidi dini icması.
462. Masallı rayonu Hacıtəpə kənd məscidi dini icması.
463. Masallı rayonu Hişkədərə kəndi "Əhli beyt" məscidi dini icması.
464. Masallı rayonu Ərəb kənd məscidi dini icması.
465. Astara rayonu Səncərədi kənd məscidi dini icması.
466. Masallı rayonu Qodman kənd məscidi dini icması.
467. Masallı rayonu Hişkədərə kənd məscidi dini icması.
468. İsmayıllı rayonu Qubaxəlilli kənd məscidi dini icması.
469. Qəbələ rayonu Yeni Dizaxlı kənd məscidi dini icması.
470. Şabran rayonu Zeyvə kənd məscidi dini icması.
471. Şamaxı rayonu II Cabanı kəndi "Cümə" məscidi dini icması.
472. Göyçay rayonu II Ərəbcəbirli kənd məscidi dini icması.
473. Ağdaş rayonu Cüvə kənd məscidi dini icması.
474. Zaqatala rayonu Maqov kənd məscidi dini icması.
475. Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icması.
476. Ucar rayonu Bərgüşad kəndi "Cümə" məscidi dini icması.
477. İmişli şəhəri "Məşədi Həbib" məscidi dini icması.
478. Neftçala rayonu Aşağı Qaramanlı kəndi "Abbas" məscidi dini icması.
479. Salyan şəhəri "Mərkəzi Hacı Tağı" məscidi dini icması.
480. Bakı şəhəri Yasamal rayonu "Hacı Soltanəli-1" məscidi dini icması.
481. Ağdaş rayonu Aşağı Zeynəddin kənd məscidi dini icması.
482. Balakən rayonu Mollaçı kənd məscidi dini icması.
483. Lənkəran rayonu Liman şəhəri R.Rza küçəsində yerləşən məscidin dini icması.
484. Masallı rayonu Böyük Xocavar kənd məscidi dini icması.
485. Zaqatala rayonu Bazar kəndində fəaliyyət göstərən məscidin dini icması.
486. İsmayıllı rayonu Kürdeldarbəyli kənd məscidi dini icması.
487. Sabirabad rayonu Əsgərbəyli kəndi "Camallı" məscidi dini icması.
488. Zaqatala rayonu Gözbarax kənd məscidi dini icması.
489. Ucar rayonu Guləbənd kənd məscidi dini icması.
490. Sabirabad rayonu Kovlar kəndi "İmam Hüseyn" məscidi dini icması.
491. Sabirabad rayonu Xankeçən kənd məscidi dini icması.
492. İsmayıllı rayonu Mollaisaqlı kəndində fəaliyyət göstərən kənd məscidi dindarlarının dini icması.
493. Sabirabad rayonu Balvar kənd məscidi dini icması.
494. Sabirabad rayonu Zəngənə kənd məscidi dini icması.
495. Kürdəmir rayonu Şıxımlı kəndi "Hacı Camaləddin" məscidi dini icması.
496. Neftçala rayonu Dördlər kəndi "İmam Baqir" məscidi dini icması.
497. Neftçala rayonu Xoltəzəkənd kəndi "İmam Rza" məscidi dini icması.
498. Samux rayonu Samux şəhəri müsəlmanlarının dini icması.
499. Qax rayonu Qum kəndi "Cümə"məscidi dini icması.
500. Qax rayonu Ləkit kəndi "Cümə"məscidi dini icması.
501. Zaqatala rayonu Kəpənəkçi kənd məscidi dini icması.
502. Oğuz rayonu Sincan kənd məscidi dini icması.
503. Xaçmaz rayonu Qımıl-qışlaq kənd məscidi dini icması.
504. Bakı şəhəri Yasamal rayonu "Xanım Zəhra" dini icması.
505. Sabirabad rayonu Nərimankənd kənd məscidi dini icması.
506. Sabirabad rayonu Qaratəpə kənd məscidi dini icması.
507. Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi dini icması.
508. Salyan rayonu Xalac kənd məscidi dini icması.
509. Sabirabad rayonu Narlıq kənd məscidi dini icması.
510. Sabirabad rayonu Qəzli kənd məscidi dini icması.
AZƏRBAYCANDA İSLAM
İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilmişdir. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasından Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir. İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəyhdir. İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyükləri Sünnülük və Şiəlik təriqətləridir.
Azərbaycanda islamın yayılması
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlmişlər. Şəhərin istehkamları onları heyran qoymuş və onlar şəhəri "Bab əl-Əbvab" adlandırmışlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli ibn Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.
İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilmişdir. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.
Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər.
İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Sacilər dövlətləri yaranmışdır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşirdi. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmirdi.
Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.
Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləmişdir. Şafii məzhəbi aparıcı məzhəb olurdu.Bu dövrdə Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bildilər.
Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılırdı. Hürufilik güclənirdi.
Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi. İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər. Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa vermişdir. Azərbaycan Demokratik Respublikası (ADR) sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilmişdir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənmişdi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılmış, müsəlman din xadimləri təqiblərə məruz qalmış, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilmişdir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilmiş və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılmışdır. Axund Ağa Əlizadə şeyxülislam seçilmişdir. O, idarənin tarixində seçilmiş ilk şeyxülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxmışdır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olunur və şeyxülislam tərəfindən idarə edilir, müfti İdarə sədrinin birinci müavini sayılır və sünni məzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edirdi. Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur. Azərbaycanda Şeyxülislam Axund Əhməd Hüseynzadə, Şeyxülislam Axund Əbdüssəlam Axundzadə, Şeyxülislam Axund Ağa Əlizadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə və s. kimi görkəmli din xadimləri, Axund Yusif talıbzadə, Fazil Dərbəndi, Ziya Bünyadov, Vasim Məmmədəliyev, Əlixan Musayev, Şahin Həsənli və s. kimi islamşünaslar yetişmişdir.
MƏSCİDLƏR
Bibiheybət
Bəylər məscidi
Çin məscidi
Gileyli məscidi
Hacı Əjdərbəy məscidi
Hacı Qayıb məscidi
Heydər Məscidi
Molla Əhməd məscidi
Mirzə Əhməd məscidi
Məhəmməd və minarət sınıqqala məscidi
Seyid Yəhyə məscidi
Şəhidlər məscidi
Təzəpir